Dövlət məmuru vəzifəsinin ləğvi gözlənilir
Fransanın Fəaliyyət və dövlət hesabları naziri Jerald Darmanən 2022-ci ilə qədər 15 min dövlət məmuru vəzifəsinin ləğv olacağını bildirib.
Rakus.az xəbər verir ki, həmçinin yerli özünüidarə orqanlarında 70 min vəzifənin ləğv edilməsi ilə bağlı vədə əməl olunacaq. Eyni zamanda, 2020-ci ildə Fransada iki min məmur vəzifəsinin ləğv olunacağı və bunun əksəriyyətinin İqtisadiyyat və Maliyyə Nazirliyini əhatə edəcəyi vurğulanıb.
Bu gün Fransa Milli Assambleyasının sessiyasında da “dövlət qulluğunda islahatlar” adlı yeni qanun layihəsi qəbul edilib. Yeni qanun 2020-ci il yanvarın 1-dən etibarən tətbiq ediləcək. Qanun dövlət (44 faiz), yerli özünüidarə orqanları (35 faiz) və xəstəxanalar (21 faiz) olmaqla 5.5 milyon dövlət qulluqçusuna şamil olunur.
Xatırladaq ki, 2017-ci ildə Fransa prezidentliyinə namizədliyi zamanı Emmanuel Makron mandatı müddətində 50 min dövlət qulluğu vəzifəsinin ləğv olunacağını vəd etmişdi.
Dövlət qulluğu üzrə dövlət katibi Olivye Düssot isə 2022-ci ilədək bu qədər vəzifənin ləğv edilməsinin çətin olacağını bildirib.