Mədəni 25.07.2019 12:01

Erməni həyasızlığı, yaxud, biz hara gedirik

 

Torpağımıza qonaq gələn erməni yurdumuzu , mülkümüzü məngirləyir, utanmadan özünün tarixi vətəni elan edir, musiqimizi, mədəniyyət nümunələrimizi öz adına çıxır, xörəyimizi , çörəyimizi oğurlayır. Atamızı, qardaşımızı, oğlumuzu, anamızı,   bacımızı, qızımızı vəhşicəsinə əzablarla öldürür, namusumuzu tapdalayır. Biz isə bu  erməni həyasızlığı qaşısında Allahdan səbr diləyirik. Dünya bilir ki, haqq bizim tərəfimizdədir, amma bizi düşmənlə sülhə gəlməyə məcbur edirlər. DÜNYA erməni həyasızlığını qəbul edir.

Canavar da qoyun sürüsünə cumur, yüzlərlə qoyunu parçalayır, qoyun sahibini bir gecədə müflis edir.Canavar qorunur. Canavarın da xislətində utanmaq yoxdur. Erməni həyasızlığı təbiətimizə də təsir edib. MAL-QARA SAHİBLƏRİ də bu həyasızlığı qəbul edir.

Hər bir millətin həyasızı da olur, amma bu kütləvilik halı alanda bir bəlaya çevrilir. Ermənilərdə bu tarixən mövcuddur. Deyəsən, biz də yavaş-yavaş yoluxuruq. Artıq cəmiyyətin bütün təbəqələrində utanmaq hissiyyatının itirilməsi vardır. Bu qorxulu hal hər yerdə özünü göstərir. Bəzi dövlət məmurları rüşvət və korrupsiya yolu ilə milyonlara sahib olur. Fakt aşkarlanır, məmur cəzasız qalır. Quldurluq, soyğunçuluq edənlər lovğa-lovğa danışır, özünü haqlı sayır, aıləsi, uşağı da valideyninin hərəkəti ilə fəxr edir. Artıq heç kəs utanmır. Məgər bu erməni həyasızlığının cəmiyyətimizə sirayəti deyilmi? CƏMİYYƏTİMİZ də bu həyasızlığı qəbul edir.

Ölkəmizdə turizmin inkişafı ilə mütənasib şəkildə inkişaf edən əxlaqsızlığı bəzi qadınlar şəxsi azadlıqları kimi qəbul edirlər. Əxlaqi dəyərlər elə gözdən salınmışdır ki, bir neçə dəfə boşanıb evlənənlər televiziyadan bunu normal hal kimi təqdim edir, “səviyyəli” aparıcılar da onu təqdir edirlər. Yadıma düşür ki, tibb universitetinin dosenti Rəşid müəllim televiziyadakı çıxışlarının birində deyirdi, bizim universitetdə məşhur bir professor var. Bir dəfə mən ona dedim ki, siz niyə bu verilişlərdə görünmürsünüz? O dedi ki, mənim bir qızım boşanıb, mən camaata tərbiyədən danışanda məni tanıyanlar haqqımda nə deyərlər? Müqayisə edərək düşünəndə 2-3 dəfə ərini boşamış qadınların  fəxrlə ədəbdən danışmasının erməni həyasızlığına bənzədiyini demək olar. KİŞİLƏRİMİZ də bu həyasızlığı qəbul edir.

Qeyri-qanuni övlad dünyaya gətirmək, yəni bic doğmaq cəmiyyətimizdə tarixən el qınağı ilə qarşılanmışdır. Buna görə də analıq hissi ilə deyil, öz ehtiraslarının qurbanına çevrilib dünyaya övlad gətirən qadınlar adlarının ləkələnməməsi üçün körpələrini atır, bu arzuolunmayan övladdan  könüllü şəkildə imtina edirlər. Halallıqla deyil, haram yolla əmələ gələn belə uşaqlar çox zaman  haramzadə, vələdüzina da adlandırılmışlar. Belə uşaqları övladsız, təmiz adı olan ailələr övladlığa götürməklə çirkin addan xilas etmiş olur. Ona məhəbbətlə qulluq edir, tərbiyə verir, oxudur, evləndirir, öz mülkünü də verib həyatdan köçür. Bununla o da sonsuz olmadığını unutmağa çalışır. Amma son illərdə nə görürük? Cəmiyyətin qəbul etmədiyi yolla övlad dünyaya gətirmiş və bunu gizlətmiş qadın televiziya ekranlarına çixır, özünü fədakar ana kimi təqdim edərək övladını tələb edir. Yaxud zibil yeşiyindən tapıldığını öyrənən övlad onu dünyaya gətirən qadını axtarır. Bu, artıq utanmaq hissinin itirilməsi, həyasızlığın haqlılıq kimi qəbul edilməsi, erməni həyasızlığının bənzəridir. Televiziya qarşısında oturan milyonlarla insan “səriştəli” aparıcının yaratdığı “müsbət ana” obrazını, “sədaqətli övlad” nümunəsini qəbul etməli olur. Bu hal təkrar olunduqca kütlə üçün adi hala  çevrilir. Qəribə də olsa, NAMUSLULAR da bu həyasızlığı qəbul edir.

Televiziyalarımızda itkinlərin axtarilması təqdirəlayiqdir. Amma övladlığa veriımış uşaqlar itkin deyillər və bu sirr olaraq qorunmalıdır. Qanunazidd getmək, yarası qaysaq bağlamış bir ailəyə müdaxilə etmək, illərlə yaradılmış bağlılığı bir anda qırıb dağıtmaq nə vaxtdan xeyirxahlıq sayılıb? Maraqlıdır, kim zəmanət verə bilər ki, atılmış olduğunu biləndən sonra o övlad ailəyə əvvəlkitək  necə yovuşacaq, yaxud 25 ildən sonra peyda olmuş qadını necə qəbul edəcək? Digər cəhətdən, 25 illik xidmətdən sonra uşağın sahibi peyda olacaqsa, kim belə övladlığa  götürmə ilə razılaşar. Axı bu necə məntiqdir ki, doğ at, 25 ildən sonra gəl ki,ver uşağımı. Belə bir vəziyyəti yaratmaqla reytinq qazanmaq kimə lazımdır?

Erməni heç vaxt öz əməlindən utanmır. Bu hal bizdə də sürətlə yayılıb inkişaf etməkdədir. Haqsızların haqlıları susdura bilməsi insanların biganəliyinə səbəb olmuşdur. Əfsus ki, haqsızlıq edənlər adını “ziyalı” qoyan şəxslərdir. Dünya malına hərislik maddiyyatın mənəviyyatı sıxışdırmasına səbəb olmuşdur. Mənəviyyat  imkansızların, maddiyyat isə səlahiyyətli şəxslərin sərvətinə çevrilmişdir. Belə münbit şəraitdə erməni həyasızlığı yoluxucu xəstəlik kimi sürətlə yayılmaqdadır. Əksər ZİYALILAR da bu həyasızlığı qəbul edir.

Bizdə utanmaq, qayda-qanuna əməl etmək fərasətsizlik kimi qiymətləndirilir. Hətta adicə yol hərəkətini pozan bəzi piyada və ya sürücü bunu özü üçün fəxr sayır. Həyasızlıq diribaşlıq, qoçaqlıq kimi qəbul edilir, intizamı pozanlar haqlı adam kimi danışırlar. Cəmiyyətdə olan bu kimi hallar bizdə imansızlığın göstəricisidir. İman insanın təmizliyinin, düzlüyünün, saflığının, sadəliyinin göstəricisidir. Azğınlıq, rüşvətxorluq, simasızlıq, lovğalıq, acgözlük, yaltaqliq imanla bir araya sığmır. Biz imansız olmaqla Allaha deyil, şər qüvvəyə, şeytana xidmət etmirikmi? Bu vəziyyətlə,  erməni həyasızlığını qəbuı etməklə biz hara gedirik? Bilirsinizmi?

Rəşid müəllim demişkən, günahkar biz ziyalılarıq, birinci məni güllələmək lazımdır. Ünvanımı deyirəm:

Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi     

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO