Mədəni 27.07.2019 10:04

Leyla Əliyeva “Jara-2019” MF-nın ikinci günündə oldu - FOTO

İyulun 26-da “Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

Rakus.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz “Jara” festivalına nə arzulayardınız?” sualını Leyla Əliyeva belə cavablandırıb:

-Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram.

Qırmızı xalı üzərindən Emin Ağalarov, Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Diana Arbenina, Filipp Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, “Lyube”, “Cosmos Girls”, “Novıe samotsvetı”, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki”, “Artik & Asti” qrupları keçiblər.

Festivalın möhtəşəm keçdiyini deyən Azərbaycanın Xalq artisti Emin Ağalarov tamaşaçıları bu gün də çox zəngin proqramın gözlədiyini vurğulayıb.

Emin Ağalarov “Jara” haqqında çəkilmiş filmin təqdimatının keçirildiyini və çox maraqla qarşılandığını deyib.

Festivalın əhəmiyyətini vurğulayan Filipp Kirkorov burada tanınmış estrada ulduzlarının özlərini rahat hiss etdiklərini, tamaşaçı sevgisindən zövq aldıqlarını söyləyib. Qeyd edib ki, “Jara-2019” bu dəfə də hər kəsə müsbət əhval-ruhiyyə bəxş edəcək. Yenidən “Jara”nın səhnəsini bölüşməyim və bu festivala böyük tamaşaçı marağının olması bizi çox sevindirir.

Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar. Onlar festivalın önəmini qeyd edib, təqdim olunacaq musiqilərin tamaşaçıların zövqünü oxşayacağını bildiriblər.

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO