SƏYAHƏT: Fərid Novruzi İslandiyadadır - FOTO
“Bugünkü Reykyavik tipik bir məşhur şəhərdir. Mənə Çilinin Punta Arenasını xatırlatdı”.
Rakus.az xəbər verir ki, bunu səyyah Fərid Novruzi yazıb. Bildirib ki, burada ekologiya yüksək səviyyədədir və təmiz havadan şəkillər son dərəcə şəffaf alınır. Şəhərlə tanış olmaq üçün bir gün kifayət olduğundan adanın qərb hissəsini araşdırmağa getdim.
Qısa tarix: İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam aslı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır.
1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı. Qısa zaman ərzində kilsə əlehinə başlanan hərəkat xalq hərəkatına cevrildi. 1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. 1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərilik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıtmışlar.
XVII əsr İslandiya üçün uğurlu olmamışdır. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti adada yaşan islandların bir qurupunun ölməsinə və bir qisminin də Danimarkaya köçməsinə səbəb olmuşdur. 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsiillərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir və İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan etdi. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatlarıolmuşdur. İslandiya 1949-cu ildən NATO-nun üzvüdür.