Saakaşvili Rusiyanın növbəti qurbanlarını açıqladı
“Rusiya təcavüzünün növbəti qurbanları NATO üzvü olmayan Avropa ölkələrinin əraziləri ola bilər.”
Rakus.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ABŞ-ın Foreign Policy jurnalında yazıb.
M.Saakaşvili hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin reytinqinin kəskin düşməsi, keçmişdə ona kömək edən hadisələr – Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, Krımın ilhaqı və Suriyaya soxulmaq kimi təcavüzkar hərəkətlərə səbəb ola bilər.
Amma Saakaşvili yazır ki, bu dəfə ona keçmiş Sovet məkanındakı əməliyyatlardan daha güclü hərəkət vasitəsi lazım olacaq.
M.Saakaşvili eyni zamanda düşünür ki, Rusiya NATO üzvü olan Baltik ölkələrinə qarşı birbaşa açıq hərəkət etməyəcək, çünki bu alyansla müharibə riski yaradar.
Amma keçmiş prezidentin fikrincə, Rusiya bu ölkələrdən məsələn Arktikada kiçik anklavlar və ya adaları qopara bilər.
Xatırladaq ki, Saakaşvili Rusiyanın daimi tənqidçilərindən biridir. O, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Gürcüstan Prezidenti idi.