Polis Missuri ştatında silahlı şəxsi tutdu
ABŞ-ın Missuri ştatında cümə axşamı silahlı və zirehli gödəkçə geymiş şəxs Walmart mağazasına daxil olaraq çaxnaşmaya səbəb olub.
Rakus.az xəbər verir ki, polisin bildirdiyinə görə, hadisə bu həftə Texas ştatında baş vermiş silahlı hücumdan sonraya təsadüf edib.
Sprinqfild polisi bildirib ki, həmin vaxt mağazada olan yanğınsöndürən silahlı şəxsi polis gələnə qədər silah altında saxlayıb.
Polis rəsmisinin sözlərinə görə, vəziyyət bir anda pis nəticələnə bilərdi.
“O, insanlara zərər verə biləcək imkan və potensiala malik idi”, – Sprinqfildin leytenantı Mayk Lukas bildirib.
Polis hələ də onun hərəkətlərinin səbəbini araşdırır.
Hadisə ABŞ-da iki kütləvi atışmadan bir neçə gün sonra baş verir. Texasın El Paso şəhərindəki Walmart mağazasındakı atışma 22, Ohayo ştatının Daytonda şəhərindəki bir digər atışma isə doqquz nəfərin ölümü ilə nəticələnib.