Hadisə 14.08.2019 12:17

Kəbirə 60.000 dollarımı qaytarmır – İş adamı

 “Kəbirə Məmmədova məndən aldığı 60.000 dolları qaytarmır”.
Rakus.az xəbər verir ki, iş adamı Elsevər Abdullayev bildirib ki, məsələ ilə bağlı ölkə prezidentinə də şikayət edib.
“Yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım.
Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki,  ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günə qədər nə pulumu qaytarır, nə də anbarların yerini dəyişdirir”.
E. Abdullayev deyir ki, o Kəbirə Məmmədovanın qəbulunda olub və ona bildirib ki, 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq: “Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nalayiq söyüşlərlə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir.
Yoxsulluq, rəzalət, üstəgəl külli miqdarda borclarım, anamın, həyat yoldaşımın onkoloji xəstəlikləri, digər sosial problemlər bu yandan da Kəbirə Məmmədova”.
Ölkə rəhbərliyinə müraciət edən şikayətçi müraciətinin xüsusi nəzarətə götürülməsini, 60.000 dolları pulunun geri qaytarılmasını xahiş edib.
Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov bildirib ki, həmin şikayətçi şəxsin probleminin həlli ilə bağlı hazırda iş aparılır: “Orada məbləğ bir qədər çox göstərilir, həmin 60 min dolları kimə verdiyi bəlli deyil. Hazırda bununla bağlı iş gedir və ona kömək etməyə çalışırıq. Yerinin dəyişdirilməsi və həmçinin pulunun geri qaytarılması təklif olunub. Yəqin ki, yaxın zamanda bu məsələ həll olunacaq”. (Yeni Sabah)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO