Honkonqda hava limanı normal fəaliyyətə başladı
Honkonqun beynəlxalq hava limanı iki gündür ələ keçirən demokratiya tərəfdarı nümayişçilərlə polis arasında toqquşmadan sonra normal fəaliyyətə başlayıb.
Rakus.az xəbər verir ki, yorğun sərnişinlər təyyarələrinə minmək üçün uçuş qapılarına aeroportda yalnız 30-a yaxın etirazçının qaldığı vaxt gedib.
Etirazlar polisin səyahətçilərin terminallara girmələrinə və yüklərini almalarına mane olmağa çalışan etirazçılara qarşı dəyənək və bibər qazından istifadə etməsindən sonra çərşənbə axşamı gecə sona çatıb.
Etirazçıların Honq Konqun beynəlxalq hava limanını ələ keçirdiyi iki gün ərzində bütün uçuşlar təxirə salındığına görə yüzlərlə sərnişin evinə getməyə tələsib. Çərşənbə axşamı etirazlar şiddətləndiyi üçün bəzi qəzəbli sərnişinlərlə etirazçılar arasında toqquşmalar olub.
Vəziyyət bir qrup etirazçının iki nəfərin Çin casusu olduğundan şünhələnərək, onları döyməsindən sonra daha gərginləşib. Sonradan döyülən şəxslərdən birinin Çinin dövlət tərəfindən idarə olunan “Global Times” qəzetinin Tabloid üçün çalışan bir jurnalisti olduğu müəyyən edilib.
Çərşənbə axşamı hava limanında baş verən iğtişaşlar zamanı 5 nəfərin həbs edildiyi bildirilib.