Bu ilin avqustun 8-də saxlanılan Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin malik olduğu varidat əlindən alınıb.
Ölkənin Baş Prokurorluğu Atambayev və ailəsinə məxsus bank hesabları, əmlaklar, qiymətli kağızlar və bütün səhmlərə həbs qoyub.
Sabiq prezident və ailəsinə məxsus həbs qoyulan varidatın siyahısı belədir: Qırğıztomaş İstehsalat Müəssisələri Səhmdar Cəmiyyəti, “Aprel” və “Kanal D” televiziya kanalları, “Aprel” vəqfi, Davamlı İnsan İnkişafı Ekspertlər Birliyi, Sağlamlıq və Uzunömürlü Tibb və Təhsil Elm Mərkəzi, Radio və Televiziya Hüquqi Şəxslər Birliyi, 25 bankdakı vəsait, 5 lüks maşın, 3 üzüm bağı, 4 torpaq ərazisi və s.
Qeyd edək ki, iyunun 27-də parlament tərəfindən toxunulmazlığı ləğv edilən Atambayevə 2013-cü ildə mafiya lideri Əziz Batukayevin qanunsuz sərbəst buraxması ittihamı ilə bağlı cinayət işi açılıb. (BAKU.WS)