Dünya 21.08.2019 02:23

Dünyanın ən təhlükəli çimərlikləri hansılardır?

Günəşli yay havası, dəniz və çimərlik…Mənalı istirahət etmək üçün daha nə lazımdır? Lakin planetimizdə bir çox yerlər yalnız kənardan çox cazibəli görünür. Əslində isə onların bir çoxu ölüm saçır.

Rakus.az xəbər verir ki, planetin ən təhlükəli sahilyanı bölgələrində insan ölüm təhlükəsi ilə üzləşir.

                                     Qadağan olunmuş Sentinel adası

Hind okeanının Benqal körfəzində – Andaman arxipelaqının arasında kiçik Şimali Sentinel adası var. Bu adaya getmək olduqca çətindir. Heç bir balıqçı sizi asanlıqla oraya aparmağa razı olmaz. Amma kimsə balıqçını yola gətirərək adaya gedərsə, elə qumun üzərində onlarla metr məsafədə ölümdən qaçmağa çalışacaq. Çünki qısa müddətdən sonra bədənində ox yaraları hiss edəcək. Yaralı səyahətçi ona ox atan hirsli “sərhədçiləri” görməyəcək. Hücumlar cəngəlliklərdən və heç bir xəbərdarlıq olmadan gələcək.

Burada dünyanın ən qeyri-qonaqpərvər xalqlarından biri – sentinellilər yaşayır. Heç kim onların sayını dəqiq bilmir və nədən bu qədər aqressiv olduqlarını da anlamır. Ehtimal edilir ki, aborigenlər bu vaxtadək oddan istifadə etmir, onların kinli olması isə keçmişdə yaşadıqları acı təcrübə ilə bağlıdır. Bu regionda Britaniya müstəmləkəçiləri çoxlu qəddarlığa yol veriblər və yerli əhalinin əcnəbilərə, xüsusən ağdərililərə qarşı nifrətinə səbəb olublar. Hindistan öz yurisdiksiyası altında olan Şimali Sentinel əhalisini assimilyasiya etmək istəmir və onların hüquqlarını qoruyur.

Skeletlər adasında ideal çimərlik

Afrikanın cənubunda yerləşən Skeletlər adasında ucsuz-bucaqsız qumluqlar o qədər “ölüdür” ki, hər hansı zülal orqanizmi çox asanlıqla bir çox yırtıcıların yeminə çevrilir. Burada tez-tez şirlərə, çaqqallara və qəbireşənlərə rast gəlmək olar. Sularda isə köpək balıqları qaynaşır. Adama elə gəlir ki, bu yırtıcılar üçün adada yem tapmaq çətindir. Amma onları balıqlarla qıdalanan suitiləri cəlb edir. Bu ərazidə onların sayı həddindən çoxdur.

Lakin insanlar okeandan uzaqdakı dəniz məməlilərinin əhatəsində olsa belə, onları yenə də ölüm gözləyir. Ətrafda, hətta 10 kilometrlərlə məsafədə içməli su tapa bilməyəcəksiniz, yağışlar isə bir neçə ildən bir yağır. Şübhəsiz ki, burada ucsuz-bucaqsız və mənzərəli qumluqlar, təlatümlü okean və qəzaya düşmüş gəmilərin qalıqları ecazkar panorama yaradır. Amma adaya yollanmaq sizin həyatınız bahasına başa gələ bilər. Qitə tərəfindən gəldiniz zaman yolunuz o qədər də dost olmayan ölkələrdən keçəcək. Bu ölkələrdə silahlı münaqişələr davam edir. Dəniz tərəfdən isə adaya yollanmağa cəhd etməsəniz yaxşıdır. Gəmilərin parçalanmış korpusları ətrafa dağılıb, onların bir çoxu qatı duman və soyuq su axını nəticəsində istiqamətini itirərək sualtı qayalara çırpılıb. Yeri gəlmişkən, kiçik qayıqda adaya yollanmaq mümkün deyil, çünki dalğaların gücü sizi sahilə atacaq.

Ən yavaş ölüm

Sakit okeanın qərb hissəsində çoxlu sayda mərcan adaları – atollar yerləşir. Onların çox qəribə forması var, səthi yumşaq qumlarla örtülmüş bu çimərliklər zahirən göz oxşayır. Eyni zamanda, dəniz heyvanlarının minillik “əməyini” də unutmaq olmaz. Onlar bu gözəlliyin yaranması üçün əsrlərboyu səy göstəriblər. Bu adalardan biri çox cazibəli ada malikdir. Amma Bikini adlanan adada üzərinizdə paltar olmadan qumların üzərində gəzmək məsləhət görülmür. 60 il bundan əvvəl Bikini adasında 67 nüvə sınaqlarından sonuncusu həyata keçirilib. Lakin hətta uzun müddət keçməsinə baxmayaraq, adada gəzmək təhlükəlidir. Burada uzun müddət yaşayan insanlar normadan 6 dəfə çox olan radiasiya fonu ilə üzləşə bilərlər. Şübhəsiz ki, bu qədər radiasiya dozası insanı birdən-birə öldürmür. Lakin adada uzun müddət qalan turistlər yaxın illərdə xərçəng xəstəliyinə tutula bilərlər. Ən təhlükəlisi isə, küləyin sovurduğu tozu udmaqdır. Çünki bu tozla birlikdə ağciyərə daxil olan radioaktiv hissəciklər daxili orqanların fəaliyyətinə daha mənfi təsir göstərir.

Ölümdən də pis ola biləcək vəziyyət

Qorxulu və təhlükəli çimərliklərin heç də hamısı ekzotik ölkələrdə yerləşməyib. Onların bəzilərinə Avropada da rast gəlmək olar. Böyük Britaniyanın Steytes kəndi yaxınlığında yerləşən çimərlik bir çox turistləri cəlb edə bilər. Lakin bu sahillər öz populyarlığı, habelə iqlim amilləri ucbatından Yer kürəsinin ən çirklənmiş yerlərindən biridir. Çoxlu məişət tullantılları və digər zəhərli maddələr dənizi çimmək üçün əlverişsiz etməklə yanaşı, qumları da təhlükəli edir. Belə ki, suya girdiyiniz zaman siz çoxlu bakteriya infeksiyaları ilə yoluxa bilərsiniz. Qumun üstündə ayaqyalın gəzmək isə hətta kiçik yara olan ayağınızın irinləməsinə səbəb olacaq. Zərərçəkənlər ölüm təhlükəsi ilə üzləşməyəcək, amma ongünlük səpkili qızdırma və ya bir həftəlik diarreya sizi buraya səyahət etmənizə peşman edəcək.

Dünyanın bir çox ölkələrində də analoji məkanlar mövcuddur. Məsələn, Hindistandakı Mumbay ştatında Çoupatti Biç çimərliyində olduğu kimi. Buradakı bir çox çimərliklər həddindən artıq zərərlidir. Dominikan Respublikasındakı El Qrinqo çimərliyindəki qumluqda gəzinti isə, təkcə sizin müxtəlif yaralara məruz qalmağınızla deyil, həmçinin ciddi dozada kanserogen maddələr və ağır metallar qəbul etməyinizlə nəticələnə bilər. Bu rayondakı çoxsaylı kimya və farmasevtika zavodları bugünədək öz zəhərli tullantılarını sahilə axıdır. ABŞ-dakı çimərliklər də ekoloji fəlakətlərdən qurtula bilməyib. Kaliforniyadakı Poçe-Biç bir neçə il ard-arda avtomobil və aqrosənaye tullantılarının zərərli təsirinə məruz qalıb. Ekologiya təşkilatları uzun illər boyu onların acı nəticələrini aradan qaldırmalı olacaqlar.

Gizli ölüm

Avstraliyanın şərqində yerləşən Freyzer adası dünyanın ən bol qumlu sahillərindən biridir. Onun təbiəti möcüzəli və mənzərəlidir. Qum təpələri yuxarıya doğru 240 metr yüksəkliyə qalxır və ekvatorial meşələrlə örtülüdür. Onların arasında çoxlu kiçik “asma” göllər mövcuddur. Sakit okeana doğru uzanan 100 kilometrlik sahil olduqca cəzbedicidir. Lakin burada dalğalara çox yaxınlaşmaq məsləhət görülmür. Freyzerin ətrafında çoxlu sayda kubomeduzalar, xüsusən meduza İrukanciləri var. Bu dəniz canlıları isə heç də sizin rastlaşmaq istədiyiniz növdə heyvanlar deyil. Onların hücumu turistlərin okeanın isti suyu içərisindəki rahat istirahətini fəlakətə çevirə bilər.

Məsələ burasındadır ki, bu canlıların bədəni şəffafdır və onların 1 metr uzunluğunda iynəli burunları var. Onları suda və ya qumun üzərində görmək mümkün deyil. İrukancilərin iynəsindəki zəhər təsirini tədricən göstərir və sizi sancdıqda bunu hiss etmirsiniz. Lakin bir neçə dəqiqədən sonra bədəninizdə ard-arda iflic effektləri baş verir. Eyni zamanda, başağrısı, aşağı və yuxarı ətrafların əzələlərində və daxili orqanlarda dəhşətli ağrılar, mədə bulantısı başlayır. Bundan sonra ürək-damar xəstəlikləri – taxikardiya və hipertoniya baş qaldırır. Bütün bunlar isə ağciyərdə və beyində problemlərlə və ən sonda ölümlə nəticələnir. Ümumiyyətlə, Avstraliyada çoxlu zəhərli ilanlar, o cümlədən dəniz canlıları var. Freyzer adasından başqa kubomeduzaların müxtəlif növlərinə bu qitənin digər sahilyanı bölgələrində də rast gəlmək olar.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO