Texnoloji gerilik inkişafa mane olacaq – Tahir Mirkişili
“Moskvada şəhər Dumasına keçirilən seçkidə ilk dəfə olaraq 3 seçki dairəsində Elektron Səsvermə sistemindən istifadə olunacaq”.
Rakus.az xəbər verir ki, bu barədə millət vəkili Tahir Mirkişili məlumat verib.
Bildirib ki, sentyabrın 8-də keçiriləcək seçkidə 500 min seçici bu sistem vasitəsilə səs verəcək. Sistemi Moskva şəhər meriyasının İnformasiya Texnologiyaları Departamenti hazırlayıb.
İyulun ortasında departmant test rejimində şifrələnmiş mətni internetdə dərc edərək bu mətnin şifrəsini sındıran şəxsə 2 mln rubl (27 000 dollar) mükafat vəd etdi.
Kriptoqrafiya üzrə fransız mütəxəssis Pedrik Qodri cəmi 20 dəqiqə ərzində şifrəni sındırıb və Moskva şəhər meriyasını bu cür sistemdən imtinaya çağırıb.
Texnoloji gerilik XXİ əsrdə inkişafa mane olan ən böyük faciə olacaq…