Hərbi 29.08.2019 13:29

Əlli beş yaşlı səngər generalı

Avqustun 26-sı ölkənin ən sayılıb seçilən generallarından olan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Natiq Əliyevin 55 yaşı tamam olub.

Bununla bağlı sosial şəbəkələrdə generala həsr olunmuş videoçarx yayılıb və onun 55 illik yubileyini təbrik ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin rəhbərliyi altında Müdafiə Nazirliyinin tabeliyində olan bütün mərkəzi, regional və səhra qospitallarında yaradılan yüksək şəraitlə ölkə ictimaiyyəti kifayət qədər məlumatlıdır. Belə ki, 2016-cı ilin aprel döyüşləri zamanı çoxsaylı yaralılarımız məhz peşəkar hərbi tibbi personalın misilsiz xidmətləri hesabına həyata qaytarıldı və beləliklə şəhidlərimizin sayı ehtimal olunandan qat-qat az oldu. Buna MN Mərkəzi qospitalında və ilkin tibbi yardım göstərilən səhra qospitallarındakı şəraitin müqəddəs savaşa köklənməsi hesabına nail olunmuşdu. Bu yubiley günlərində xatırlatmaq yerinə düşər ki, aprel döyüşlərindən sonrakı bir neçə gündə evə getməyərək Natiq Əliyev yüksək vətənpərvərlik və peşəkarlıq nümunəsi göstərərək qospitallardakı yaralıların müalicəsinə bilavasitə nəzarət edib, tabeçiliyindəki personala “qospitaldan bir şəhid də çıxmamalıdır, bunun üçün hətta əlinizdən gəlməyəni də etməlisiniz” demişdi. Son nəticədə onun bu çağırışına yüksək səviyyədə əməl olundu və hamı gördü ki, təkcə səngərdəki əsgər və zabitlərimiz, cəbhə qərargahlarındakı generallarımız deyil, MN tibbi heyəti də hər an Ali Baş Komandanın əmrindən gələn vəzifələri şərəflə yerinə yetirmək iqtidarındadır.

Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da general – mayor Natiq Əliyevin yubiliyi ilə bağlı xoş sözlər deyir:

“Silahlı Qüvvələrin tanınmış generallarından biri olan hörmətli Natiq Əliyevin 55 yaşı tamam olub. Uzun illərdir tanıdığım bu zabiti təbrik etməklə yanaşı, onun ordumuzun tibb sahəsinə verdiyi saysız-hesabsız töhfələrini də qeyd etmək istərdim. Həm əvvəlki illərdə, həm də son illər Azərbaycan Ordusunun elə bir hərbi hissə və birləşməsi qalmayıb ki, orada ən yüksək səviyyədə tibb ocaqları və müəssisələri yaradılmasın. Bu iş davamlı şəkildə aparılır və sevindrici haldır ki, şəxsi heyət arasında istər mövsumi xəstəliklər, istərsə də digər xəstəliklərin sayı xeyli azalıb. Məişət şəraitinin yaxşılaşdırılmasına, ərzaq menyusunun genişləndirilməsinə və rəngarəng edilməsinə, daha çox milli yeməklərə üstünlük verilməsi də xeyli ürəkaçan mənzərə yaradıb. general Natiq Əliyev həm özü, həm də tabeçiliyində olan tibbi personal 2016-cı ilin aprel savaşı zamanı da yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdi. Bir sözlə, Müdafiə Nazirliyinin Tibb sahəsi ilə bağlı görülən işlər ən yüksək qiymətə layiqdir. Təbrik edirəm hörmətli generalımızı. Xidmətində uğurlar arzulayıam”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO