Rostropoviç Festivalı Bakıda keçiriləcək
Heydər Əliyev Fondu, ublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə aprelin 22-27-də Bakıda Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Rakus.az xəbər verir ki, festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan olan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayında aprelin 26-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandes (cello) olacaq.
Konsert proqramında Cüzeppe Verdi, Kamil Sen-Sans və İqor Stravinskinin əsərləri səsləndiriləcək.
Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.