Taliban və ABŞ arasında razılaşmanın imzalanmasındə Rusiya da iştirak edəcək
Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Asiya regionu üzrə departamentin rəhbəri, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
“Proses hələ başa çatmayıb. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu gün Talibanla razılaşacaq. Razılaşmadan sonra o, Kabilə səfər edəcək və razılaşmanı Əfqanıstan hökumətinə təqdim edəcək. Bundan sonra rəsmi imzalanma mərasiminin tarixi müəyyən ediləcək”, – deyə rusiyalı diplomat bildirib.
Z.Kabulov bu mərasimdə Rusiyanı təmsil edəcəyini qeyd edib.
O, müqavilənin nə zaman imzalanacağının dəqiq tarixini bilmədiyini bildirib: “Dəqiq təsdiqləmələri gözləyirik. Amerikanın xüsusi nümayəndəsi bütün təsdiqləmələrdən sonra mənimlə əlaqə quracağı barədə biz razılaşmışıq”.
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, o prosesin bütün təfərrüatlarına malik deyil.
Qeyd edək ki, ABŞ nümayəndəsi Z. Xəlilzad daha əvvəl bildirib ki, ABŞ-ın Talibanla bağladığı saziş Əfqanıstanda sülhün bərqərar edilməsinə yönəlib və ABŞ qoşunlarının Əfqanıstandan geri çağrılması bu ölkədəki vəziyyətdən asılı olacaq.