Efiopiya yeni iqtisadi islahatlara hazırlaşır
Efiopiyanın İqtisadiyyat Nazirliyi yeni iş yerlərinin açılması, hərtərəfli inkişaf və kasıblığın miqyasının azaldılmasına yönəlmiş yeni iqtisadi islahatlar planını təqdim edib.
Rakus.az xəbər verir ki, yeni iqtisadi islahatların əsas məqsədi mövcud olan sürətli inkişafı dəstəkləmək və gənclər üçün yeni iş yerlərinin açılmasını təmin etməkdir. Bu məqsədlə Efiopiya hökuməti ölkənin iqtisadi artımının canlanmasını sürətləndirmək üçün müxtəlif tədbirlər görür.
Efiopiyanın Dövlət Maliyyə naziri Eyob Tekalin açıqlamasında bildirib ki, yeni islahatların əsasında üç vacib element yer alır – makroiqtisadiyyat, struktur və sənaye islahatları. Onun sözlərinə görə, kənd təsərrüfatı, istehsal sənayesi və təbii mineralların hasilatı kimi vacib və potensial sahələrə diqqətin cəmlənməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün çox əhəmiyyətlidir.
Efiopiyanın Maliyyə naziri Əhməd Şide əlavə edib ki, makroiqtisadiyyat, struktur və sənaye islahatları sahələrindəki zəiflikləri aradan qaldıracaq yeni daxili iqtisadi islahatlar əlavə iş yerləri yaradacaq, inklüziv artımı təmin edəcək və son nəticədə ölkədəki kasıblıq səviyyəsini azaldacaq.