Təqdim edilən hökümətin tərkibi məlum oldu
Gürcüstanın Baş nazir vəzifəsinə namizəd Giorgi Qaxarianın etimad bildirməsi üçün parlamentə təqdim etdiyi hökumətin tərkibi məlum olub.
Rakus.az xəbər verir ki, yeni kabinetin tərkibində Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili, Ətraf mühit və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili , İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Müdafiə naziri İrakli Qaribaşvili, Ədliyyə naziri Tea Tsulukiani, Məcburi Köçkünlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Keterine Tikaradze, Maliyyə naziri İvane Maçavariani, Daxili İşlər naziri vəzifəsinə Vaxtanq Qomelauri, Barışıq və Vətəndaş Bərabərliyi naziri Ketevan Tsixelaşvilinin təyin edilib.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib ki, Nazirlər Kabinetinin yeni tərkibi, həmçinin hakim partiyanın 2019-2020-ci illər üçün təqdim etdiyi hökumət proqramı əvvəlcə komitə iclaslarında və fraksiyalarda müzakirə ediləcək. Bundan sonra millət vəkilləri plenar iclasda yeni hökumətə etimad məsələsini müzakirə edəcəklər. (apa.az)