Şou 03.09.2019 17:33

Dünyanın məşhur layihələri İTV-yə gəlir

İctimai Televiziya və Radio Yayımları Şirkəti  mövsümə bəzi yeniliklərlə start verir.

Rakus.az xəbər verir ki, telekanal xarici-lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək.

“Fatehin divanı” və  “Ötən günlər” adlı tok-şoular efir məkanına yenilik bəxş etmiş olacaq. Yeni mövsümün əsas proyektlərindən sayılan və bütün dünyada məşhur olan “SƏS” musiqi şousudur ki, onu da tamaşaçılar bu mövsümdə İctimai Televiziyanın efirində “Səs uşaqlar” olaraq izləyə biləcəklər.

Televiziya mühitinə yeni nəfəs gətirəcək daha bir təzə lisenziyalı proqram isə olduqca rəngarəngdir. Bu dünyanın məşhur  “Thank God You’re Here” layihəsinin adaptasiya olunmuş versiyasıdır ki, bu da “Haradasan bu vaxtacan?” adlanır. “Fremantle” şirkətinə məxsus sözügedən layihə Türkiyədə “Bak hele bak”, Rusiyada isə  “Слава богу, ты пришел”  adı ilə tanınır.

Bundan başqa İTV  Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edəcək.

Yeni mövsümdən gənclər üçün nəzərdə tutulan “MAG” layihəsi də təzə formatda İctimai Televiziyada yayımlanacaq. Lisenziyalı intellektual oyunlar olan “61!”, “Əlaçı”, “Breyn Rinq”, “Nə? Harada? Nə zaman?” proqramlarının da yayımı davam edəcək.

Həmçinin sosial, təhsil, kulturoloji, araşdırma yönümlü gündəlik prime-time tok-şou olan “Sabaha saxlamayaq”  yeni mövzularla tamaşaçıların görüşünə gələcək.

Serial həvəskarları bu mövsüm televiziyanın efirində dram janrında, gərgin və maraqlı süjet xəttinə malik “Kür nəğmə” adlı həftəlik serial izləyə biləcəklər.

Kino həvəskarlarını 2019-2020-ci illərdə maraqlı yeniliklər gözləyir. Belə ki, “Sony Pictures” şirkəti ilə rəsmi əməkdaşlıq çərçivəsində İTV yayım hüququnu əldə etdiyi filmlər ekrana gələcək.

İTV tərəfindən BBC şirkətinin son illərdə istehsal olunan tarixi, təbiət, bioqrafik mövzulu sənədli filmləri də alınıb. Bunlar arasında uşaqlar üçün nəzərdə tutulan “All about animals” layihəsi də yer alır.

Azərbaycanda yayım hüququ yalnız İTV-yə məxsus olan  “Maşa və ayı” cizgi filmi də yeni mövsümdən doğma dilimizdə balacaların görüşünə gələcək. Həmçinin bu mövsümdən etibarən balaca tamaşaçılara öyrədici xarakterli “Fikslər” cizgi serialı da təqdim olunacaq.

Proqram şəbəkəsində yerli sənədli və televiziya filmlərinin çəkilişinə də yer ayırılıb ki, bunlardan da ilki Yelenendorfun əsasının qoyulmasının 200 illiyinə həsr olunmuş “Yelenendorfdan – Göygölədək” filmidir. Filmin müəllifi Müsəllim Həsənov, rejissoru isə Mirsadiq Ağayevdir.

“Vətən dili” adlanan digər layihə isə Azərbaycan əlifbasının yaranışına həsr olunan fundamental araşdırma filmidir. Çəkilişləri Bakı, Şamaxı, Qoridə gerçəkləşdirilən filmin müəllifi və aparıcısı Orxan Fikrətoğlu, rejissoru Nəsimi Əliyevdir.

Bundan başqa tamaşaçılar son 70 ildə Azərbaycanda baş verən cinayət hadisələri haqqında  tarixi araşdırma xarakterli “İstintaq davam edir” adlı verilişini də izləyə biləcəklər.

Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, Dadaşlinski Dadaş Dadaş oğlu, Vüsalə Məmmədova, Azər Süleymanlı, İlahə Şıxlinskaya, Tamerlan Vahabov, Heydər Mirzə, Flora Xəlilzadə, Qorxmaz Tofiqoğlu, Azər Aydəmir, Könül Arifqızı, Saleh Bağırov, Alidə Mustafayeva, Ceyhun Əli, Tural Yusifov, Səma Abıyeva və başqa məşhur simalar İTV-nin efirində tamaşaçıların görüşünə gələcəklər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO