Conson parlamentariləri seçkilərlə hədələdi
Britaniyanın baş naziri Boris Conson “Brexit” dalanından xilas olmağın yeganə üsulunu tapdığını bildirib.
Rakus.az xəbər verir ki, belə bir açıqlamanı o, sentyabrın 3-də İcmalar palatasında çıxışı zamanı deyib.
Bildirilir ki, parlamentin deputatları özlərinə “Brexit”lə bağlı qanun layihəsinə baxmaq hüququ verdikdən sonra Conson çıxış edib. Baş nazirin sözlərinə görə, əgər deputatlar Birləşmiş Krallığın AB-ni tək etməsi üçün “növbəti mənasız” təxirəsalmanın lehinə səs versələr, o zaman seçkilər “Brexit” ətrafında yarnmış vəziyyətin yeganə həlli üsulu olacaq.
“Müxalifət lideri son iki ildə seçkilər üçün dualar edir. Mən seçkiləri istəmirəm, ancaq deputatlar sabah (sentyabrın 4-də) AB ilə danışıqların dayandırılmasının və “Brexit”lə bağlı daha bir mənasız təxirəsalmanın lehinə səs versələr, o zaman bu, problemin yeganə həlli yolu olacaq. Bir daha təsdiq edirəm ki, bu gün parlamentə növbədənkənar seçkilərin keçirilməsi haqqında bir təklif təqdim edirik”, – Conson belə deyib.