Putin Trampa hipersəsli silah almağı təklif etdi
Rusiya Prezidenti Vladimir Putin ABŞ-a ölkəsindən hipersəsli silah almağı təklif edib.
Rakus.az xəbər verir ki, bunu Vladimir Putin Vladivostok şəhərində keçirilən V Şərq İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.
O, ABŞ Prezidenti Donald Trampa Rusiyadan hipersəsli silah, hipersəsli raket kompleksləri almağı təklif etdiyini söyləyib.
V. Putinin sözlərinə görə, amerikalı tərəfdaşları ilə Osakada keçirilən görüşdə Rusiyanın hipersəsli silahlara malik olması, dünyada heç bir ölkədə bunun analoqunun olmaması məsələsi qaldırılıb: “Düzü onlar dedilər ki, özləri tezliklə belə bir silah istehsal edəcəklər. Yəqin ki, tezliklə istehsal edərlər. Rusiya dialoqa, müzakirəyə hazırdır. Lakin hələlik amerikalıardan aydın cavab almamışıq”.
Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilənin ləğv edilməsindən danışan Rusiya Prezidenti ölkəsinin bu məsələdə haqlı olduğunu qeyd edib: “Rusiya ABŞ-ın raket komplekslərini sınaqdan keçirilməsi ilə həmin müqaviləni pozması məsələsində haqlıdır. Moskva buna adekvat reaksiya verməyə məcbur idi. Biz dəfələrlə MK-41 raket qurğusunun hava hücumundan müdafiə sistemi üçün istifadə edilmədiyini, həm də raket zərbələri endirmək üçün istifadə oluna biləcəyinə diqqət etmişdik. Amerikalılar isə hər zaman bizə bunun belə olmadığını deyirdilər. Lakin indi onlar bu sistemi MK-41 qurğusundan istifadə etməklə, sınaqdan keçirdilər. Güman ki, bizi azdırmağa çalışırdılar. Lakin biz bu məsələdə azmarıq. Buna adekvat cavab verməyə məcburuq”.