Trampın səfəri təxirə salması polisə 600 min dollara başa gəldi
Danimarka polisi sentyabrın ABŞ prezidenti Donald Trampın sentyabrın 2-3-də baş tutmalı olan səfərinə hazırlaşmaq üçün təxminən 4 milyon kron (təxminən 600 min dollar) xərcləyib.
Rakus.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, Danimarka tərəfi Amerika prezidentinin səfəri zamanı polis qüvvələrindən istifadənin ləğvi səbəbindən vəsait itirib.
Xatırladaq ki, avqustun 18-də Tramp, ABŞ-ın Qrenlandiyanı əldə etməkdə maraqlı olduğunu açıqlamışdı. Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiya nümayəndələri adanın satışının müzakirə olunmadığını bildiriblər. Daha sonra Tramp Qrenlandiya ilə bağlı dialoqda perspektivlərin olmamasını əsas gətirərək Danimarkaya sentyabrın 2-3-nə planlaşdırılan səfəri və Kraliça II Marqretlə görüşü təxirə saldığını deyib.