Yunanıstanda miqrant düşərqəsi yaradılır - FOTO
Yunanıstan hökuməti yeni “tranzit məntəqələri” funksiyasını yerinə yetirəcək iki miqrant düşərgəsinin yaradılması barədə qərar qəbul edib.
Rakus.az xəbər verir ki, burada adalardan gətirilən miqrant və qaçqınlar yerləşdiriləcəklər. Düşərgələrdən birincisi Karavomilos şəhərindəki qapalı hərbi bazada, ikincisi isə Korinf şəhərindəki köhnə düşərgənin yanında inşa ediləcək.
Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ayın sonuna kimi fəaliyyətə başlayacaq hər iki düşərgədə 900 miqrant və qaçqına xidmət göstəriləcək.
Yunanıstan qaçqın və miqrantlar problemini hələ də həll edə bilməyib. Bir tərəfdən, Avropa İttifaqı ölkəyə gələn miqrantları qəbul etməyə çağırır, digər tərəfdən isə Yunanıstana gələn miqrantlar öz problemlərinin, sənədlərinin həllini illərlə gözləyərək ölkədəki düşərgələrdə qalırlar. Bütün bunlar yerli əhalini narahat edir, bununla bağlı etirazlar baş verir. Hökumət isə problemin tezliklə həll olunacağını vəd edib.