Dünya 18.09.2019 19:24

Çin rəsmiləri Azərbaycana çox yaxşı münasibət bəsləyirlər – DEPUTAT

Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Çin Xalq Respublikasına partiyalararası əlaqələrin qurulmasının 20 illiyinə həsr olunan səfəri hər iki tərəf üçün maraqlı, məhsuldar və faydalı oldu”.

Rakus.az yap.org.az saytına istinadla xəbər verirki, Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən 2-ci ən böyük gücüdür. Ölkənin iqtisadi potensialı, həyata keçirdiyi layihələr (Bir kəmər bir yol və s.), gələcək planları nəhəngdir. Onun sözlərinə görə, Çin Kommunist Partiyası 90 milyona yaxın insanı özündə birləşdirir. Bizim gördüyümüz kommunist partiyasından fərqli olaraq çox çevik, elastik və müasir şəraitə uyğunlaşıblar. Ciddi intizam və dəyərlər üzərində hakimiyyətlərini sürdürürlər. Əsas dəyərləri isə “daim islahat, inkişaf və rəqabət”dir.

“Çin rəsmiləri Azərbaycana çox yaxşı münasibət bəsləyirlər. Ulu öndər Heydər Əliyevi və prezident İlham Əliyevi daim xatırlayan rəsmilər Azərbaycanla və Azərbaycanda işləmək istədiklərini hər görüşdə qeyd edirdilər.  Çinli iş adamlarının Azərbaycanda daha çox iş görmək istəklərini bizə çatdırır, bunun üçün bəzi çətinliklərin olduğunu qeyd etsələr də, Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir və əlaqələrin daha da inkişafına çox inanırlar. Bütün bunlardan aşağıdakı nəticələri çıxarmaq olar.

Birincisi, Regionun ən böyük və güclü partiyası olan Yeni Azərbaycan Partiyası ilə dünyanın 2-ci ən böyük partiyası olan Çin Kommunist Partiyası ilə əlaqələrin inkişafı hər iki ölkənin inkişafına xüsusi siyasi töhvə verəcəkdir. Siyasi münasibətlərin yüksək səviyyədə olması isə iqtisadi münasibətləri daha da gücləndirəcək.

İkincisi, Çin fərqli bir dünyadır, tam fərqıi bir mədəniyyətdir. Nəhəng iqtisadi potensialdır. Biz Çini daha çox öyrənməli və tədqiq etməliyik. Çinlə bağlı ayrıca və fərqli yanaşmamız olmalıdır. Sevindirici haldır ki, Azərbaycanın Çinlə bağlı dövlət siyasəti bu prinsiplər üzərində qurulmaqdadır.

Üçüncüsü, Çin rəsmiləri bütün görüşlərdə Azərbaycandan daha çox məhsul idxal etmək arzularında olduqlarını və ölkəmizin bunun üçün iqtisadi potensiala sahib olduğunu qeyd edirdilər. Son illər bu istiqamətdə Azərbaycan dövləti xeyli işlər görür. Bu potensialı biz sürətlə rəqəmlərə çevirməliyik. Beləliklə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının  nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcəkdir”-deyə, T.Mirkişili qeyd edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO