Duma Xəzərlə bağlı Konvensiyanı ratifikasiya etdi
Rusiyanın Dövlət Duması Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.
Rakus.az xəbər verir ki, Prezident Vladimir Putin sənədi iyulun 30-da Dövlət Dumasının müzakirəsinə təqdim etmişdi.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib ki, Xəzər dənizi Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanı birləşdirən mühüm geosiyasi, ticari-iqtisadi və strateji əhəmiyyətli su hövzəsidir. O, sənədin imzalanmasını diplomatiyanın böyük nailiyyəti, Konvensiya iştirakçılarının dostluq münasibətlərinin təsdiqi kimi qiymətləndirib. V.Volodinin sözlərinə görə, Konvensiya dəniz ərazisindən dinc məqsədlərlə istifadə olunmasını, gəmiçilik rejimi və akvatoriyadan kollektiv istifadə olunması qaydalarını təsdiq edir, qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarını genişləndirir.