Dünya 25.09.2019 14:03

Dünyanın iki güc mərkəzinə bölünməsinə yol vermək olmaz – Quterreş

BMT Baş Assambleyasında siyasət diskussiyalarında çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş bildirib ki, “Böyük bölünmə” – dünyanın iki güc mərkəzinə parçalanması artıq reallıqdır və buna yol vermək olmaz.

Rakus.az xəbər verir ki, Baş katib hazırkı qeyri-sabit və beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir şəraitdə iki güc mərkəzinə parçalanma təhlükəsi getdikcə artır. O əlavə edib: “Qorxuram ki, “Böyük bölünmə” baş verə və dünya iki böyük düşərgəyə bölünə; iki nəhəng dünya dövləti öz valyutası, ticarət və maliyyə şərtləri, fərdi maraqları və süni intellekt resursları, habelə “hər şey, yaxud heç nə” prinsipinə söykənən geosiyasi və hərbi strategiyaları ilə iki güc mərkəzi yarada bilər.

Antonio Quterreş bu konfrontasiya prosesinin qarşısını almaq üçün təcili tədbirlər görməyə, beynəlxalq hüquqa əsaslanan universal iqtisadiyyatı, çoxqütblü dünyanı qoruyub saxlamağa çağırıb. Onun sözlərinə görə, münaqişələrin qarşısının alınması və ümumi tərəqqiyə nail olunması üçün mütləq qaydada insan hüquqlarına əməl olunmalıdır. “İnsanların bu təməl haqları heç də güzəşt deyil, onlar verilmir və alınmır. Bu hüquqlar insanlara onların məhz insan olduğuna görə məxsusdur. İnsan haqları ümumi və bölünməz xarakter daşıyır. Onların ayrı-seçkilik prinsipi ilə verilməsi yolverilməzdir. İnsanlar təhlükəsiz və sülh şəraitində yaşamaq, rifaha qovuşmaq, layiqli həyat sürmək, səhiyyə və sosial müdafiədən istifadə etmək, yaxşı qidalanmaq, təhsil və əmək haqqına sahib olmalıdırlar”, -deyə Baş katib vurğulayıb.

BMT-nin rəhbəri təəssüflə qeyd edib ki, bu gün həmin haqların əksəriyyəti pozulur və şübhə altına alınır. Onun sözlərinə görə, yeni avtoritar formalar inkişaf edir, vətəndaş cəmiyyətlərinə hücumlar təşkil olunur, ətraf mühit, hüquq müdafiəçiləri və jurnalistlər təqiblərə məruz qalır.

Antonio Quterreş çıxışının sonunda deyib: “İndi özgələşdirmə və etimadsızlıq bir silah kimi istifadə olunur. Qorxu isə ən geniş yayılmış vasitədir. Bu, miqrantlar və qaçqınlara münasibətdə özünü daha çox büruzə verir. Onların qarşısında təkcə sərhədlər deyil, həm də “ürəklər” bağlanır. Dünyada düşmənçilik dili geniş yayılır, internetdə dini, etnik əlamətlərə görə təhqir və təqib halları artır”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO