Kiçik lazer canlı toxumalar daxilində işləyir
Şimal-Qərb və Kolumbiya universitetlərinin tədqiqatçıları canlı toxumalara zərər vurmadan onların daxilində fəaliyyət göstərən miniatür nanolazer hazırlayıblar.
Rakus.az xəbər verir ki, lazerin qalınlığı 50-150 nanometr təşkil edir ki, bu da insan saçının qalınlığının 1/1000 nisbətinə bərabərdir. Belə ölçüyə malik lazer canlı toxumalara uyğunlaşmaqla onların daxilində fəaliyyət göstərə, xəstəlik biomarkerlərini tapa və ya beyinin nevroloji pozuntularını (məsələn, epilepsiya) müalicə edə bilər. Lazer təbiətinə görə biouyğunluq təşkil edən şüşədən hazırlanıb. O, uzun işıq dalğalarında canlanır, qısa işıq dalğalarında isə işıq saçır.
Tədqiqatçılar qeyd edir ki, daha uzun işıq dalğaları biotəsvir üçün lazımdır, çünki onlar toxuma daxilinə görünən fotonlardan daha çox nüfuz edə bilərlər. Lakin həmin ən dərin nahiyələrdə bəzən daha qısa işıq dalğalarına ehtiyac duyulur. Hazırlanan optik sistem görünən lazer işığını nüfuz dərinliyinə uzun işıq dalğalarından daha effektiv şəkildə çatdırır. Belə nanolazer yüksəksürətli və aşağı güclü elektronika üçün kvant sxemlər və mikroprosessorlar daxil olmaqla çox məhdud məkanlarda işləyə bilər. O, şəffaf olsa da, görünən fotonları gözlə görünməyən optik işıq altında generasiya edir. Fasiləsiz dalğa və aşağı güclü xüsusiyyətlər onun xüsusilə bioloji vizuallaşdırmada tətbiqinə imkan verir. (ictnews.az)