Edam hökmü alan 4 məhbus kameraya köçürüldü
Hüquq müdafiəçilərinin yaydığı məlumata istinadən, Urmiyə Mərkəzi Zindanında edam hökmünə məhkum olmuş 4 məhbus hökmün tətbiq edilməsi üzrə təkdamlıq kameraya köçürülüb.
Rakus.az xəbər verir ki, İranda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə görə, məhbuslar narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məkum edilib.
Onların edam hökmünün tətbiq edilməsi üzrə sentyabrın 25-də təkadamlıq kameraya göndərildiyi bildirilir.
Digər insan haqları qrupu “İran HR” edam hökmü gözləyən məhbuslardan üçünün adını yayımlayıb.
“Rauf Azadixah, İbrahim Əhmədipur və Şəhabəddin Məhəmmədpur narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum olublar, amma onların dosyesi ilə bağlı dəqiq məlumat yoxdur,” İran HR qeyd edib.
İran HR-a istinadən, bu ilin (hicri təqvim) ilk 6 ayında azı 110 məhbus İranın müxtəlif həbsxanaları və ya şəhər meydanlarında edam ediliblər.
Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.