Filippin Prezidenti Rusiyaya səfər edəcək
Filippin Prezidenti Rodriqo Duterte oktyabrın 1-dən 5-dək Rusiyaya səfər edəcək.
Rakus.az xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyinin nümayəndəsi Amelita Akino Prezident Rodriqo Dutertenin Rusiyaya səfərinə həsr olunmuş mətbuat konfransı zamanı məlumat verib.
A.Akino bildirib ki, Filippin lideri səfər çərçivəsində Moskva və Soçi şəhərlərini ziyarət edəcək. Rusiya Prezidenti ilə ikitərəfli əlaqələr və beynəlxalq mövzular ətrafında müzakirələr aparacaq Filippin lideri dəvət edilən digər liderlərlə birlikdə Valday klubunun plenar iclasında iştirak edəcək.
Bundan əlavə, Prezident R.Dutertenin Rusiya-Filippin biznes forumuna qatılacağı, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda kiçik mühazirə ilə çıxış edəcəyi və Rusiyadakı Filippin icmasının üzvləri ilə görüşəcəyi də qeyd edilib.