Rusiya Şimali Koreyanın gəmisinı və 262 nəfəri saxladı
Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü Moskvanın özünün iqtisadi zonası hesab etdiyi sularda brakonyerliyə görə Şimali Koreyanın üç balıqçı gəmisinı və 262 ekipaj üzvünü saxladığını bildirib.
Rakus.az xəbər verir ki, Rusiyanın patrul gəmisinin Şimali Koreyaya məxsus balıqçı gəmilərindən birini ələ keçirdiyi video görüntülər nümayiş etdirilib.
Hesabatda deyilir ki, gəmilər və heyət Rusiyanın Uzaq Şərqdəki Naxodka limanına aparılıb və orada sərhədçilərin ələ keçirdiyi gəmilərdən qanunsuz ovlanan 30 min kalmar və ov üçün texnika müsadirə edildilib.
Keçən həftə də Rusiya Şimali Koreyaya məxsus digər balıqçı gəmisini Yapon Dənizində saxlamışdı.
Balıqçılarla Rusiya qüvvələri arasında atışma olmuş və balıqçılardan biri yaralanmış, sonradan aldığı yaralardan ölmüşdü.