Xorasanda 1,5 ton narkotik maddə tutuldu
İran polisi və təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirir.
Rakus.az xəbər verir ki, Xorasan vilayətində 1,5 ton narkotik maddə müsadirə edilib.
Vilayətin polis rəisi, general Məhəmməd Kazimi bildirib ki, əməliyyat nəticəsində 7 nəfər həbs edilib. Şəhərin ayrı-ayrı məhəllələrində narkotik maddələrin satışı məntəqələri aşkarlanaraq ləğv edilib.
General deyib ki, Xorasan vilayəti Əfqanistan və Türkmənistan ilə sərhəd bölgəsində yerləşir. Ötən səkkiz ay ərzində təkcə bu vilayətdə 11,3 ton narkotik vasitə müsadirə edilib. Narkotik vasitələr qaçaqmalçılıq yolu ilə İrana, buradan isə Avropa ölkələrinə daşınır.
M.Kazımi qaçaqmalçılıqla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bildirib.