Cənubi Koreya MTŞ-nın təcili toplantısı oldu - FOTO
Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 2-də növbəti dəfə raket buraxılışı həyata keçirib.
Rakus.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinə istinadla məlumat yayıb. Bildirilir ki, raket yerli vaxtla səhər 7:11-də Vonşan şəhəri yaxınlığından şərq istiqamətində buraxılıb. “Pukguksong” adlı raket maksimum 910 kilometr yüksəklikdə 450 kilometr uçduqdan sonra dənizə düşüb. Güman olunur ki, Şimali Koreyanın həyata keçirdiyi test su altından buraxılan ballistik raketın sınağı olub.
Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının təcili iclasında hadisədən dərin narahatlıq ifadə olunub. ABŞ-ın Cənubi Koryadakı hərbi kontingentinin komandanlığı da raket buraxılışı barədə məlumatlı olduğunu bildirib.
Şimali Koreya bundan əvvəl 2016-cı ilin avqustunda da su altından ballistik raketin buraxılışı sınağını keçirmişdi. “Pukguksong-1” adlı raket 500 kilometr uçmuşdu. Güman olururdu ki, o vaxtdan bəri KXDR həmin raketin təkmilləşdirilməsi üzərində işini davam etdirərək uçuş məsafəsinin 1300 kilometrə çatdımağı çalışıb.
Qeyd edək ki, reket buraxılışı KXDR-in xarici işlər nazirinin müavini Çoe Son Huyun rəsmi Pxenyanın ABŞ ilə işçi səviyyədə danışıqlara razılaşdığını bəyan etməsindən bir gün sonraya təsadüf edir. Bəyanatda bildirilib ki, tərəflər oktyabrın 4-də danışıqlar keçirəcək.