“Mimino” filminin bəstəkarı vəfat etdi
Gürcüstanın məşhur bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Gia Kançeli vəfat edib.
Rakus.az xəbər verir ki, bəstəkar 84 yaşında Tbilisidə düyasını dəyişib.
O, son aylar ürəyində yaranan problemlərlə bağlı xəstəxanada müalicə olunurmuş.
Qeyd edək ki, G.Kançeli 70-dən çox filmə musiqi bəstələyib. Onun musiqi bəstələdiyi ən yaxşı filmlər arasında “Kin-dza-dza” və “Mimino” filmləri yer alıb.
“Mikelancelonun xatirəsi”nə adlı simfoniyası G.Kançeliyə dünya şöhrəti qazandırıb. Məşhur bəstəkar Rustaveli Teatrı ilə sıx əməkdaşlıq edib və rejissor Robert Sturuanın ən yaxşı tamaşalarına musiqilər bəstələyib.
Bəstəkar rejissor Vaqif Mustafayevin “Milli bomba” filminə də musiqi bəstələyib.
G.Kançeli Gürcüstanın dövlət mükafatı və “Şərəf” ordeni mükafatına layiq görülüb. O, həmçinin Tbilisinin fəxri vətəndaşı adını da daşıyıb.