Dünya 03.10.2019 21:25

Zelenski xalqa müraciət etdi: “Ukraynanı təslim etməyə hazırlaşmıram”

Ukrayna Prezidenti Vladimir Zelenski “Ştaynmayer formulu”na qarşı etiraz aksiyası keçirənlərə video müraciət edib.

Rakus.az xəbər verir ki, V.Zelenski müraciətində etiraz edən Ukrayna vətəndaşlarının konstitusiya hüquqlarını tanıdığını bildirib və Ukraynanı təslim etməyə hazırlaşmadığını söyləyib.

“Hər bir vətəndaşın etiraz hüququna hörmət edirəm. Sizi eşidirəm və inanın, heç vaxt Ukraynanı təslim etməyəcəyəm. Eyni zamanda, hamıdan xahiş edirəm ki, vəziyyətə sakit və diqqətlə yanaşsın və bəzi insanların manipulyasiyalarına və təxribatlarına yol verməsinlər. Həqiqətən də sizlərdən istifadə etmək istəyirlər, onların siyasi təqiblərinin qurbanına çevrilməyin və cinayət məsuliyyətindən yayının”, –  V.Zelenski müraciətində vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, “Normand formatı” çərçivəsində keçiriləcək görüşdə Donbasın statusuna dair hər hansı sənəd imzalanmayacaq: “Donbasın statusu haqqında qanun 2019-cu il dekabrın 31-nə qədər qüvvədədir. “Donbasın statusu haqqında yeni qanun isə Ukrayna ictimaiyyətinin birgə müzakirəsi ilə hazırlanacaq. Ukraynanın milli maraqlarından kənar hər hansı hadisə baş verməyəcək”.

Onun sözlərinə görə, Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək “Normand formatı” görüşündə Donbasda müharibənin dayandırılması müzakirə ediləcək: “Donbasda tam atəşkəs bərpa edilməlidir və xarici ölkələrin ordusu vəziyyətə nəzarət etməlidir. Mənim mövqeyim dəqiq və aydındır, bu bütün ukraynalıların mövqeyidir. Biz hamımız başa düşürük ki, Donbas Ukraynanındır. Ukrayna Luqansk və Donbas “xalq respublikalarının” nümayəndələri ilə hər hansı saziş imzalamayacaq”.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO