Nümayişçilərə maska taxmaq qadağan olundu
Honkonqun Çin tərəfdarı lideri Karri Lam son məhdudiyyətlər çərçivəsində nümayişçilərə maska taxmağa qadağa qoyub.
Rakus.az xəbər verir ki, o, bu qadağa barədə açıqlamanı cümə günü verib və hökumətə qarşı 4 aydır davam edən və son günlər atran zorakılıqları pisləyib.
“Biz yeni qanunun maskalı etirazçılara və iğtişaşçılara təsirinin olacağına, polisə isə qanun çərçivəsində hərəkət etməsinə yardım edəcəyinə inanırıq” – Lam bildirib.
Lamın qadağanı elan etməsindən əvvəl minlərlə maskalı etirazçı Honkonqun mərkəzində yürüş keçirərək, daha böyük demokratiyaya və azadlığa çağırıb.
“Maska taxmağın özü fərdi bir azadlıqdır. Buna qadağa qoymaqla onlar Honkonq xalqını daha da qəzəbləndirəcək”,- Honkonq sakini deyib.
Maska qadağası şənbə günü qüvvəyə minir və qeyri-qanuni nümayişlərdə zorakılıq tətbiq edən maskalı şəxslərə şamil olunur.
Lam qadağaya dəstək üçün qanunverici orqana müraciət edəcəyini deyib.