Hindistanda beş ildə 110 milyon tualet tikildi
Son 60 ayda Hindistanın 600 milyon əhalisi üçün inşa edilən tualetlərin sayı 110 milyona çatıb.
Rakus.az xəbər verir ki, bu rəqəmə istinad edən ölkənin baş naziri Narendra Modi Hindistanın kənd bölgələrində tualet probleminə son qoyulduğunu deyib.
Hökumətin 5 il əvvəl hazırladığı dünyanın ən böyük tualet proqramının nəticələri birmənalı deyil.
Yüz minlərlə kəndin tualetlə təmin edilməsində böyük irəliləyiş əldə edilsə də, mütəxəssislər bu problemin tam həll olunmadığını, hələ də tarlalarda və düzənliklərdə tualetlərin olmamasının normal hal olduğunu deyirlər.
Dünyanın ən çox əhalisi olan Hindistanda 5 il əvvəl 600 minyondan çox insan ayaqyoludan istifadə etmirdi. İnsanlar əsasən kənd əhalisi idi ki, onlar əsarlər boyu ayaqyolunun mətbəx və namaz otağı ilə bir tavanın altında olmasına qarşı olub.