İqtisadi 10.10.2019 05:56

Azərbaycan hesabatda Cənubi Qafqazda liderdir – TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb.

Rakus.az xəbər verir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhini təqdim edir.

Son illər dərin islahatlar çərçivəsində ölkəmizin bütün sektorlarında islahatlar aparılıb, iqtisadi artıma yönəlmiş layihələr icra edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə makroiqtisadi sabitlik və biznes mühitinin əlverişliliyi təmin olunub, geniş miqyaslı infrastruktur layihələri icra edilib. Habelə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmiz səhiyyə və təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib, sözügedən sahələr üzrə infrastruktur layihələri həyata keçirilib. Bu islahatlar Azərbaycanın beynəlxalq platformada da mövqelərinə müsbət təsir göstərib. Xüsusilə, adıçəkilən sahələr üzrə beynəlxalq indekslərdə sub-indikator ekvivalentində artımlar müşahidə olunur.

Belə ki, oktyabrın 8-də Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”nə əsasən, Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Qlobal rəqabətlilik hesabatı dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir. İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə ehtiva edən “Qlobal Rəqabətlilik İndeksi” son hesabatda 141 ölkəni özündə cəmləşdirib. Hesabatın son nəşrinə görə, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında qərarlaşıb.

Dərin təhlil və tədqiqata əsasən, hər 12 indikator müxtəlif sub-indikatorlara bölünərək ümumi nəticənin hesablanmasını əks etdirir. Azərbaycan “institutlar” indikatoru üzrə 9 pillə irəliləyərək ölkəmizdə məhkəmə-hüquq, hüquq-mühafizə orqanları, terrorizmlə mübarizə, polisə etimad, büdcə şəffaflığı və hesabatlılığı, məhkəmələrin müstəqilliyi, media azadlığı, mülkiyyət və intellektual mülkiyyətin qorunması, əmlak idarəetməsi, korporativ idarəetmə, hökumətin uzun müddətli strateji baxışı və elektron-hökumət istiqamətləri yüksəliş balları əldə edib. Bu sub-indikatorlar “institutlar” indikatorunun tərkib hissəsi olmaqla, son nəticəni hesablayaraq reytinqi müəyyənləşdirir.

“İnfrastruktur” indikatoru ikinci göstərici olmaqla yolların effektivliyi və keyfiyyəti, dəmir yolu və hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchiz olunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunmasını əks etdirir ki, Azərbaycan 8 pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.

Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən “makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib. Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.

Ölkədə təhsil və insan kapitalının son vəziyyətini əks etdirən indikator üzrə göstəriciləri hesabat “bacarıqlar” adı altında hesablayır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin oxuma dövrü, məzun olan şəxslərin şəxsi inkişafları üzərində işləməsi, aktiv əhali arasında rəqəmsal bacarıqlar üzrə ölkəmiz 6 pillə irəliləyib. Bu artım Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil və insan kapitalının inkişafı istiqamətində göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ticarət və gömrük siyasətini özündə əks etdirən “əmtəə bazarı” göstəricisi 2 sub-indeksə bölünərək müvafiq olaraq ölkə daxili rəqabət və ticarət açıqlığını hesablayır. Göstəricinin hesablanma istiqamətləri bazarlarda inhisarçılıq və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik, qeyri-tarif tənzimləmə tədbirləri, ticarət tarifləri və sərhəd keçid məntəqələrində gömrük rəsmiləşdirilməsinin çevikliyindən ibarətdir. Azərbaycan “əmtəə bazarı” göstəricisi üzrə 14 pillə irəliləyərək yuxarıda göstərilən parametrlər üzrə yüksək bal əldə edib.

İşçilərin və əmək resurslarından səmərəli istifadəni özündə əks etdirən “əmək bazarı” indikatoru üzrə son illər ciddi islahatlar aparılıb ki, bu islahatların bir çox hissəsi qanunvericilik dəyişikliklərindən və institusional islahatlardan ibarətdir. “Qlobal Rəqabətlilik İndeksi” bu istiqaməti təzminat xərcləri, işəgötürmə və işdən çıxarma, işçi-işə götürən arasındakı münasibətlər, əmək haqqı müəyyənləşməsində çeviklik və ədalətlilik, əcnəbi işçilərin işə qəbulunun asanlığı, peşəkar idarəetmədə təhvil vermə mədəniyyəti, işçi qüvvəsində qadınların iştirak səviyyəsi və əmək haqqından tutulan vergi dərəcəsindən ibarətdir. “Əmək bazarı” üzrə Azərbaycan 19 pillə irəliləyərək dünya ölkələri arasında 21-ci mövqedə qərarlaşıb. Bundan əlavə, əmək siyasətinin daha çevik həyata keçirilməsi üzrə 0-100 bal şkalasında 69,4 bala malikdir.

Son iki göstərici kimi təhlil edilən “biznesin dinamikliyi” və “innovasiya” üzrə Azərbaycan müvafiq olaraq 8 və 3 pillə irəliləyərək ölkəmizin biznes mühitinin inkişafı istiqaməti üzrə aparılan intensiv islahatlara adekvat cavab verib. Sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə etmiş reytinqə malikdir. Yalnız biznesin dinamikliyi üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb.

Son hesabatı təhlil etdikdə görərik ki, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO