Dünya 11.10.2019 15:53

Dövlətlərin dağılması siyasətçilərlə bağldır – DEPUTAT

Yaxın Şərq reqionunda özünəməxsus tarixi, mədəniyyəti, coğrafi əhəmiyyətinə, etnik və dini mürəkkəbliyi ilə seçilən Suriyada, 2011- ci ildən başlayan müharibə yeni mərhələyə keçdi. Dünən axşam saatlarında, son ayların ən çox müzakirə predmeti olan qardaş Türkiyə silahlı qüvvələri , Suriyanın şimalında formalaşmış və artıq müasir silahlarla silahlanmış, əsasən kürdlərdən ibarət PKK , YPG, PYD qüvvələrindən təmizlənməsi üçün əməliyyata başladı.
Türk ordusunun döyüş qabiliyyətinin, istənilən ən mürəkkəb tapşırıqların öhdəsindən gələcəyinə qəti şübhə yoxdur. Ancaq çətinlik ondan ibarətdir ki, Suriyanın daxilində siyasi hakimiyyət ölkə ərazisinin əksər hissəsinə nəzarət etmir. Bir tərəfdən ABŞ- nın rəhbərliyi ilə koalisiya qüvvələri, digər tərəfdən Rusiyanın, İranın, Əsədin tabeliyindəki ərazilər, ,İslam dövləti’- nə məxsus lokal bölgələr və s. Türkiyənin Suriyadakı əsas söz sahibləri ilə əməliyyatı razılaşdırmasını zəruri edir. Əks halda, reqional müharibənin, qlobal müharibəyə çevrilməsi ehtimalı böyükdür. Burada isə sadaladığım böyük güclərin hər birisinin öz maraqları mövcuddur və asanlıqla onlardan imtina etmək istəmirlər.
Sual olunur, Türkiyəni belə bir riskli bataqlığa, iqtisadi problemlərin mövcud olduğu, daxildə və İraqın şimalında terrorçularla mübarizə apardığı şəraitdə əlavə olaraq iri miqyaslı əməliyyatlar keçirməyə vadar edən amillər hansılardır.
Birincisi, müharibə başlayandan, 4 milyona qədər, suriyalı Türkiyə tərəfindən qəbul edilmiş, yaşamaları üçün şərait yaradılmış,( baxmayaraq ki, Avropa Birliyi maliyyə yardımları vəd etsə də) əsasən bütün xərcləri türkiyə tərəfi yüksək insanlıq nümunəsi göstərərək özü qarşılamışdır.
İkincisi, Dünya dərin dövlətinin gizli planına uyğun olaraq Yaxın Şərqdə yeni, Aralıq dənizinə çıxışı olan bir dövlətin, (İraq və Suriya dövlətlərinin şimal hissələrini əhatə etməklə ) yaradılması planlaşdırırılır. İŞİD- ə qarşı aparılan mübarizədə koalisiyanın bilavasitə rəhbərliyi ilə , YPG və PYD qüvvələrinin birgə vuruşması isə, həmin planın tərkib hissəsidir. Ancaq Türkiyə hesab edir ki, bu planın icrası gələcəkdə onun ərazi bütövlüyünün pozulmasına, hətta parçalanmasına gətirib çıxarar.
Məhz buna görə də, əməliyyatın bu vaxta qədər uzanması, tərəflərin tam razılığını almaq mümkün olmamışdır.
Bütün bu çətinliklərə baxmayaraq, Türkiyə ciddi dövlət olduğunu sübut etdi, hətta hərbi müttəfiqlərindən, Avropa Birliyndən, Körfəz ölkələrindən, İran və digər beynəlxalq təşkilatlardan gələn etirazlara baxmayaraq, öz milli maraqlarını təmin etmək, milyonlarla qaçqını vətənlərinə qaytarmaq üçün hərəkətə keçdi.
Beynəlxalq ictimaiyyət, Türkiyənin haqlı mövqeyini anlayışla qarşılayır. Ancaq , son dövlər bir çox ölkələrdə baş qaldıran islamofobiya, türkəfobiya , ikili standartlar imkan vermir ki, reqionda əmin amanlıq yaransın, sülh olsun.
BMT-nin Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda Suriya məsələsi yenidən gündəmə gətirilir. Bəzi ölkələr Türkiyəni sanksiyalarla hədələyir, əməliyyatların dərhal dayandırılmasını tələb edirlər. Yenə də sual olunur. Hansı əsaslarla milyonlarla insanın həyatına zəhər qatdınız, on min km-lə uzaqdan gəlib böyük bir dövləti ( tək onu yox) darmadağın etdiniz, əsrlərlə orada çiyin çiyinə yaşayan millətləri bir birinə düşmən etdiniz.
İmkan verin insanlar evlərinə qayıtsınlar. İnkişaf indeksinə, mentalitetinə və digər xüsusiyyətlərinə görə bu reqionun, şimali Afrikadan aclıq, susuzluq, işsizlik səbəblərindən Avropaya qaçmağa məcbur olan bu bədbəxtlər, sivil, inkişaf etmiş dünya ölkələrinin əhalisi üçün də baş ağrısına çevrilir, problemlər yaşadırlar. Bu baxımdan Avropa birliyi ölkələri, onlar üçün , qapı’ rolunu oynayan Türkiyəyə minnətdar oımalıdırlar.
Düşünürəm ki, qısa zaman kəsiyində Türk silahlı qüvvələri qarşıya qolulan vəzifənin öhdəsindən gələcək, qaçqınlar evlərinə qayıdacaq, reqionda sülh bərqərar olacaqdır. Diqqətimi çəkən isə, ümummilli məsələdə Türkiyənin əksər siyasi partiyalarının, HDP istisna olmaqla ordunun yanında olmasıdır. Hətta Türkiyəni özləri üçün doğma vətən hesab edən, milliyətcə kürd olan çoxsaylı gənclər öz dövlətləri üçün vuruşurlar. Budur milli şüur, vətənpərvərlik. Heç bir iqtisadi sanksiyalar, təhdidlər, sosial problemlər bu birliyin qarşısında dura bilməz. Gələcək bu birlikdən asılıdır.
Türkiyənin son dövrlərdə apardığı çoxşaxəli siyasət, ələlxüsus, Qərb-Rusiya münasibətlərində, ikincinin əleyhinə hər hansı layihələrdə yer almaması, əksinə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atdığı addımlar,
Azərbaycanın maraqlarına tam uyğundur və bir o qədər də düşmənlərimizi məyus edir. Heç kimə sirr deyil ki, terrorçu təşkilatların tərkibində kifayət qədər ermənilər vuruşur və hadisələrin gedişatı onları ciddi şəkildə narahat edir.
Tarix göstərir ki, dövlətlərin dağılmasına, milyonlarla insanın evlərini tərk edərək, qaçqın düşməsinə, faciələr yaşamasına səbəb ilk növbədə məsuliyyətsiz siyasətçilərin şəxsi ambisiyaları, bəyanatları və korparativ maraqları durur. Hər bir ölkədə müəyyən problemlər ola bilər. Ancaq hər birimiz ilk növbədə dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumalıyıq. Ona görə ki, potensialları imkanlarından aşağı olan, təcrübəsiz siyasətçilərin buraxdıqları səhvlər xalqa baha başa gəlir.
Tarix, səhvlərdən düzgün nəticə çıxaranları mükafatlandırır.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

10.10.2019.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO