“İŞİD” qruplaşması aktivləşir – Avropalı siyasətçilər
Suriyanın şimalında “İŞİD” qruplaşmasının aktivləşdiyi xəbər verilir.
Rakus.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə avropalı siyasətçilər açıqlama verirlər.
“İŞİD” döyüşçüləri Suriya ordusunun Mənbicə doğru irəliləməsinin qarşısı almaq üçün hücumlarını artırıblar. Fransanın baş naziri Eduar Filip Ankaranın hərbi əməliyyatlarının “İŞİD”-ə dəstək verməsindən narahatdır. Onun fikrincə, İŞİD-lə 5 illik mübarizənin nəticələri sual altındadır.
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab isə “Sülh mənbəyi” əməliyyatını “dəlisov” və “məntiqsiz” əməliyyat adlandıraraq “İŞİD” üzvlərinin Suriyanın şimal və şimal-şərq regionlarında aktivləşəcəyindən yazır.
Oktybarın 14-də ABŞ-ın xüsusi ilə təhlükəli hesab etdiyi 50 “İŞİD” terrorçusu saxlanıldıqları düşərgədən qaça bilmişdilər. Ümumilikdə, kürdlərin nəzarət etdiyi Suriya torplaqlarında 12 minə qədər “İŞİD” fəalı və onların ailə üzvləri var.