Türkiyənin müdafiə naziri Pentaqon rəhbərilə danışdı
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar ABŞ-ın müdafiə naziri Mark Esper ilə telefonla danışıb.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonaları və Suriyanın ərazi bütövlüyü müzakirə olunub.
Qeyd olunub ki, Türkiyə tərəfi ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Bildirilib ki, rəsmi Ankara İŞİD-ə qarşı mübarizəni davam etdirmək əzmindədir.
Vurğulanıb ki, Türkiyə 120 saat müddətində PKK/YPG terror təşkilatları tərəfindən qoşunların çıxarılmasını, ağır silahların götürülməsi və qruplaşma istehkamlarının ləğvi prosesini yaxından izləyir.
Akar, həmçinin Türkiyə Silahlı Qüvvələrinə qarşı hər hansı bir düşmənçilik hərəkəti baş verəcəyi təqdirdə, özünümüdafiə hüququndan istifadə edəcəklərini də vurğulayıb.