Türkiyə 40 milyard dollar xərcləyib – Səfir
“Suriyada 9 ildir davam edən müharibənin ən böyük zərərini çəkən ölkələrdən biri Türkiyə oldu. Bir yandan suriyalıları ölkəmizə qəbul edərkən, bir yandan da sərhədlərimizin təhlükəsizlikliyini təmin etməyə çalışdıq. Suriyadan Türkiyəyə 3 milyon 600 mindən çox adam sığınıb”.
Rakus.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib:
“Bu günə qədər suriyalı qaçqınlar üçün Türkiyə 40 milyard dollar xərcləyib. Bizə yalnız Avropa dəstək verib. Ancaq vəd edilən 6 milyard dollardan 3 milyardını verib. Türkiyə terrorla mübarizədə heç bir ölkədən dəstək almayıb, əksinə, mübarizə apardığımız terorr təşkilatlarına bəzi ölkələr maliyyə və hərbi yardım edib. Biz Türkiyə Respublikası olaraq Suriyada sülhün bərpa olunmasını istəyirik. Suriya xalqının qanuni haqlarının təmin olunmasına çalışmaq üçün “Barış pınarı” na başladıq”.