Ukraynada helikopter qəzası baş verib.
Rakus.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb.
Qeyd edilir ki, qəza zamanı 1 nəfər həlak olub. Bu, ölkənin keçmiş aqrar siyasət naziri, 43 yaşlı Taras Kutovdur. O, 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.
Məlumata görə helikopter Kiyevdən Poltava vilayətinə uçurmuş. Qəzanın başvermə səbəbi açıqlanmır.