Tofiq Yaqublunun ailəsi Ombudsmana müraciət etdi
Tofiq Yaqublunun ailəsi Ombudsmana müraciət edib.
Rakus.az xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib. O bildirib ki, Ombudsmandan cavab gözləyirlər:
“Mən Ombudsman Aparatına zəg etdim və Elmira Süleymanovanın özü ilə danışa bilməsəm də, müraciətimi qeydiyyata aldılar. Bizim istəyimiz odur ki, Tofiq Yaqublunu ailə həkimimiz Adil Qeybulla yenidən müayinə etsin. Həmçinin, mənim onunla görüşməyimə icazə verilməyib. Buna şərait yaradılmasını tələb edirəm. Hazırda Ombudsman Elmira Süleymanovanın məsələyə reaksiyasını gözləyirik”.
Xatırladaq ki, Tofiq Yaqublu Milli Şuranın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birlikdə oktyabrın 19-da keçirdiyi mitinqdə iştirak etdiyinə görə saxlanılıb. Ona 30 sutka həbs cəzası verildiyi bildirilir.