skip to Main Content
Dünya 27.10.2019 12:45

Helsinkidə Azərbaycan mədəniyyət günü keçirildi

Rakus.az xəbər verir ki, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ladən Zahidova, rus və türk diaspor nümayəndələri, Helsinkidəki diplomatik korpusun təmsilçiləri, İsveçdəki, Estoniyadakı Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə Ülviyyə Cabbarova çıxış edərək bu tədbirin keçirilməsi ilə qarşıya qoyulmuş məqsəd haqqında məlumat verib. O, Azərbaycanın keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verib. Bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyə yenidən qovuşduğunu vurğulayan diaspor fəalı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında da ətraflı məlumat verib.
Azərbaycanın zəngin mədəni irsinin olduğunu vurğulayan Ü.Cabbarova bu irsin qorunub saxlanılması və təbliği üçün Azərbaycan dövlətinin yürütdüyü siyasət haqqında geniş məlumat verib. Diaspor təşkilatının rəhbəri ölkəmizin mədəni özünəməxsusluğu və bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələr barədə də danışıb.
Azərbaycanın İsveçdə və eyni zamanda Finlandiyadakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Diplomat bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq bu gün həqiqətən də Azərbaycanla Finlandiya arasında dostluq körpüsü yaradılmasının şahidi olduğunu qeyd edib. Günəş Rüstəmzadə bildirib ki, belə bir tədbiri keçirməklə Ü.Cabbarova virtual körpü yaradaraq iştirakçıları Azərbaycana aparır və ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış edir. Müvəqqəti işlər vəkili deyib: “Burada bu gün Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verildi. Mən də fürsətdən istifadə edərək, işğal altındakı torpaqlarımızın tezliklə erməni işğalından azad olunmasını, yaxın gələcəkdə Ü.Cabbarovanın təşkilatçılığı ilə soyuq Helsinkidən isti Azərbaycanın əzəli torpağı Qarabağımıza gedərək belə tədbirlərin orada keçirilməsini arzulayıram”.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ladən Zahidova çıxış edərək Ü.Cabbarovanın diaspor fəalı kimi gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Helsinkidə belə bir önəmli tədbirin keçirilməsi əlamətdar hadisədir. Bu tədbir bir daha sübut edir ki, azərbaycanlılar yaşadıqları ölkələrdən asılı olmayaraq öz ana vətənlərini unutmur, onun tarixi keçmişini, mədəniyyətini qoruyub saxlayır və yaşadırlar.
Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib. Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert olub. Qarabağ Azərbaycandır, eləcə də Azərbaycan xalçaları və Azərbaycan şərabları stendlərinin təqdim edildiyi tədbirdə tanınmış fotoqraf Etibar Cəfərovun “Azərbaycanın rəngləri” adlı fotosərgisi də nümayiş olunub.
Azərbaycandan Finlandiyaya gəlmiş incəsənət ustaları Rəvanə Qurbanova, Rövşən Qurbanov və Ceyhun Muradovun ifalarında səsləndirilən muğamlarımız tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin peşəkar milli rəqs ifaçıları Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun rəqs nümunələri təqdim olunub. (AZƏRTAC)

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Back To Top
×Close search
Axtar