Erməni yalanları ABŞ-Türkiyə münasibətlərini pozur – Deputat
“Növbəti insanlıq adına ləkə sayıla biləcək tarixi bir ədalətsizlik baş verdi”.
Rakus.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev bildirib.
Qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının nümayəndələr palatası, saxta erməni soyqırımının tanınması haqqında qətnamə qəbul etmişdir.
Millət vəkilinin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq: “Paradoksal hal olsa da, müxtəlif dövrlərdə, bir xalqlara qarşı həqiqi soyqırımı törətmiş ölkələrin, heç bir hüquqi əsas olmadan, başqalarını ittiham etməsi, beynəlxalq hüquq normalarının tam deqradasiyası deməkdir.Əvvəla heç bir ölkənin parlamentinin tarixi proseslərə qiymət verməsi qəbul edilməzdir. İkincisi, Türkiyə dəfələrlə bu mövzunun bir dəfəlik qapanması üçün tarixçilərdən ibarət beynəlxalq komissiyanın yaradılmasını təklif etmiş, öz arxivlərinin açılmasını və digər dövlətlərin də arxivlərinin açılması barədə rəsmi bəyanatlar vermişdir.
Təəsüf ki, bu çağırışlara əhəmiyyət vermədən, böyük dövlətlər mənfur erməni yalanlarının bütün dünyada yayılmasına tam şərait yaratmaqda davam edirlər. Çünki gözəl başa düşürlər ki, tarixdə erməni soyqırımı adında hadisə baş verməmişdir. Bu yalanlar zaman zaman xəstə erməni millətindən, çox çox üzr istəyirəm, prezervativ kimi istifadə edən qüvvələrin uydurmasıdır.
Hesab edirəm çox yanlış qərar olmaqla bərabər, Türkiyə- ABŞ münasibətlərinə çox böyük zərər dəyəcək. Hər iki strateji müttəfiq uzun illərə söykənən dostluq münasibətlərini cılız erməni yalanlarına qurban verəcək. Ancaq yanılırlar, Türkiyə artıq əvvəlki illərin Türkiyəsi deyil, bütün tarixi çətinliklərdən üzü ağ çıxdığı kimi, bu çətinliklərə də sinə gərəcək, güclü, daha da inkişaf etmiş dünya güclərindən birinə çevriləcəkdir.
Uğurlar Türkiyə, hər zaman olduğu kimi, qardaş Azərbaycan yanındadır”.