QALMAQAL: Xadimə təcavüz olunduğunu deyir, direktor isə susur
Qaradag rayonu, Səngəçal qəsəbə sakini, “AZERTRANS LTD” Məhdud Məsuliyyətli Cəmiyyətdə xadimə işləmiş Əhmədova Lalə Əlican qızı həmin müəssisənin direktoru tərəfindən zorlandığını iddia edir.
həmin qəsəbəsində yaşayan qadın başına açılan müsibətlər danışarkən bildirdi ki, bir şikəst oğlum var. Xadimə işləyə-işləyə onu tək böyütmüşəm.
Səngəçal Neft Terminalının nəzdindəki “AZERTRANS LTD” MMC-də 12 il işləmişəm. Lakin üstümə min bir böhtan ataraq məni işdən çıxartdılar.
Səbəbini isə belə açıqladı: “İdarənin müdiri Dasin Əfəndiyev tərəfindən dəvələrlə zorlanmaya məruz qalmışam. Hamamı təmizləyərkən dəfələrlə təcavüz edib. Etiraz edəndə isə məni işdən qovmaqla qorxudub. Alçaldıb, təhqir edib. Əlacsız qalaraq onun əxlaqsızlıq təkliflərinə görə onu məhkəməyə verdim. Bundan sonra məni oğurluqda ittiham etməyə başladı. Araşdırma isə düzgün aparılmadı. Bu səbəbdən də haqqımı qorumaq üçün millət vəkilinə və Qaradağ rayon prokuroruna müraciət etmişəm”.
Obyektivlik naminə qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Lakin əfsuslar olsun ki, MMC-dən Dasin Əfəndiyevin fikrini bildirəcəklərinə söz versəlr də, 3 gün keçməsinə baxmayaraq hələ də susurlar.