Ermənilər bundan çox ciddi həyəcan keçiriblər – Komitə sədri
“Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə çıxışlar edib. Bu tədbirlərdə Azərbaycanın milli maraqları müdafiə olunub, mövqeləri dəstəklənib”.
Rakus.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçiridiyi brifinqdə bildirib.
S. Seydov deyib ki, Azərbaycanın dövlət başçısı Ermənistanın nasist siyasətini beynəlxalq təşkilatlarda sübutlarla ifşa edib:
“Bu, ilk növbədə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bəyan edildi. Aşqabadda deyilən sözlər sonradan Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII-ci Zirvə görüşünün yekun sənədində öz əksini tapdı. Qoşulmama Hərəkatının yekun bəyanatında qeyd edilib ki, nasist və neosistləri qəhrəman kimi təqdim etmək yolverilməzdir. Ermənilər bundan çox ciddi həyəcan keçiriblər və Rusiyada fəallaşmağa başlayıblar. Onlar Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır, müxtəlif təxribatlar törədir, Rusiyada azərbaycanlıları digər xalqlarla qarşı-qarşıya qoymağa cəhd edirlər. Ermənilər Rusiyada ultrasağçı qüvvələri azərbaycanlılara qarşı yönəltməyə çalışır, məişət zəminində baş verən hadisələri süni şəkildə şişirdirlər. Məqsəd Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdir. Həm də istəyirlər ki, Ermənistanda nasistlərə qoyulmuş heykəllərə toxunulmasın, öz siyasətlərini davam etdirsinlər. Beləliklə də, Ermənistanda nasistlərə qoyulmuş heykəllərdən diqət tamamilə yayınsın”.