Tramp Daxili Təhlükəsizlik nazirinin adını açıqladı
ABŞ Prezidenti Donald Tramp cümə günü Kevin Makelinenanın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri vəzifəsindən istefasından sonra bu vəzifəni Çed Vulfun icra etdiyini açıqlayıb.
Rakus.az xəbər verir ki, Tramp Çedin bu vəzifəyə təsdiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən belə deyib.
“Hazırda o, Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edir. Onun bu posta təsdiq edilməsini gələcək göstərəcək”, – deyə Ağ Evin rəhbəri bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vulf bu vəzifəni noyabrın 11-dən – Veteranlar Günündən sonra tam icra etməyə başlayacaq.
Tramp deyib ki, bu müddət ərzində Kevin Makelinena vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Xatırladaq ki, Kevinin istefası barədə Tramp oktyabrın 11-də elan etmişdi.
Çed Vulfun bundan əvvəl sözügedən qurumda şöbə müdirinin müavini vəzifəsində çalışdığı bildirilir.