Sosial 03.11.2019 10:15

Azərbaycanı Kanadada ləyaqətlə təmsil edən xanım - FOTO

 

Əzmlidir, yorulmadan çalışmağı bacarır. Onun üçün müvəffəqiyyət qazanmaq çox əhəmiyyətlidir. Hansı işə əl qoydusa çalışır ki, sonu uğurla nəticələnsin. Şən, mehriban, gülərüz, incə zövqlü xanımdır. Fikirlərini elə ifadə edir ki, maraqlı olduğundan həmsöhbəti heyran qalır…

Haqqında söhbət açdığım Naznaz Sadıqova Bakıda dünyaya gəlib, bu şəhərdə böyüyüb başa çatıb. 1984-cü ildə 138 nömrəli orta məktəbi bitirib. Sonra modalar atelesində işə başlayıb. Əvvəlcə adi dərzi olub, sonradan şəxsi atelesini yaradaraq, şəhərin ən yaxşı modelyerlərindən biri kimi nüfuz qazanıb. Müxtəlif moda yarışlarında yer tutub, mükafata layiq görülüb. 1994-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universittində ingilis dilinin filologiyası fakultəsində ali təhsil alıb. Və bir gün əslən Cənubi Azərbaycandan olan soydaşımız Yusiflə ailə qurduqdan sonra Kanadaya köçüb…

Deyir ki,- “Uzun illərdir ki, Yusiflə evliyik. Söyləsəm, inanmayacaqsız. Biz hələ də bir-birimizə “siz” deyə müraciət edirik. Bizi tanıyanlar bunun səbəbini soruşsalar da, cavab verməyə çətinlik çəkirik…”

2006-cı ildən Kanadanın Toronto şəhərində məskunlaşan Naznaz xanım əvvəlcə övladlarının tərbiyyəsi ilə məşğul olub. Bir müddət uşaq bağçası müəllimi ixtisasına yiyələnmək üçün kurslara gedib. 2009-cu ildə “Chanel” şirkətində modelyer kimi işə başlayıb. 2017-ci ilədək orada şöbə meneceri vəzifəsinədək yüksələ bilib. Bir neçə ildir ki, Torontonun “Moda həftəsi müsabiqəsi”nə məşhur modelyerlərlə birlikdə kolleksiyalar hazırlayır…

…Ömür-gün yoldaşı Yusif Savalan məşhur Azərbaycan şairi Məhəmməd Hadinin şəcərəsindəndir. Əslən Şamaxıdan olsa da Təbrizdə anadan olub. Torontoda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur və həmçinin “Kişi salonu”na rəhbərlik edir. Bundan əlavə o, 2009-cu ildə “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”ni yaradıb. Həmin mərkəzin xətti ilə Azərbaycan naminə müxtəlif tədbirlər həyata keçirir. Eyni zmanda müğənni kimi də fəaliyyət göstərir. Milli musiqimizi əcnəbilər arasında layiqincə təbliğ edir.
İki övladı var. Qızı Dəniz 14, oğlu Ayaz isə 13 yaşındadırlar. Hər ikisi də ana dili ilə yanaşı ingilis, fransız dillərində sərbəst danışmağı bacarır…

Naznaz xanım Azərbaycan aşiqidir. Kanadada vətənimizlə bağlı keçirilən elə bir tədbir olmayıb ki, orada fəal iştirak etməsin. Bu günlərdə həyat yoldaşının rəhbərlik etdiyi “Kanadada Azərbaycan İncəsənət Mərkəzi”nin təşkil etdiyi Nəsiminin 650 illik yubileyinə həsr olunan “Əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı tədbirin də əsas təşkilatçılarından biri o, olub…

Mütaliəni xoşlayır, Kanada mətbuatını mütamadi izləyir. Ədəbiyyat vurğunudur. Demək olar ki, Musa Yaqub, Fikrət Qoca, Ramiz Rövşən, Zəlimxan Yaqub və Nüsrət Kəsəmənlinin əksər şeirlərini əzbər bilir. Mətbəxdə çalışmaqdan, Azərbaycanın milli təamlarını hazırlamaqdan zövq alır…

Deyir ki,- “Kanadaya gəlmək istəyən soydaşlarımız əgər dolanışıq xətrinə gəlmək istəyirlərsə unutmasınlar ki, burada da nöqsanlar yetərincədir. Burada rüşvət də var, tanışlıqla iş görmək də. Buranın da öz yoxsulları, evsiz-eşiksizləri var. Kanadaya gəlmək istəyən hər bir soydaşımızın qarşısında yeganə məqsəd- əzmlə çalışmaq, yerli əhaliyə qaynayıb-qarışmaq- olmalıdır”…

Yüksək mədəniyyəti, kübar davranışı ilə ürəkləri fəth edən bu xanımın ən böyük arzusu isə “Kanadada Azərbaycan Mədəniyyət Evi”nin tezliklə istifadəyə verilməsidir…

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO