MM-in deputatı Gülalıyevə baş çəkdi
Rakus.az xəbər verir ki, bu barədə A.Mirzəzadə özü Report.az-a bildirib.
“İndicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi yoluxdum. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin”, – A.Mirzəzadə əlavə edib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.