Texnologiya 04.11.2019 13:37

Özəl provayder dövlətə məxsus rəqibini məhkəməyə verdi

Azərbaycanın özəl internet provayderi “Avirtel” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-ni məhkəməyə verib.

Rakus.az xəbər verir ki, iddia Sumqayıt İnzibati – İqtisadi Məhkəməsində qaldırılıb.

İddiaya səbəb Abşeron rayonu ərazisində “Avirtel”in fəaliyyətinin dayandırılmasıdır.

Məsələ ilə bağlı “Avirtel”in nümayəndəsi Sevda Şabani bildirib ki, Abşeron Telekommunikasiya Qovşağının (TKQ) rəisi Mikayıl Babayev şirkətə maneələr yaradır: “Qovşağın ərazisində “Avirtel”in 3 minə yaxın istifadəçisinin xətti qanunsuz olaraq “Aztelekom”a keçirilib, ATS-lərdə bizə məxsus texniki avadanlıqlar söndürülüb. Bu addımların qarşısının alınması və müştərilərimiz arasında narazlığın yaranmaması üçün məhkəməyə müraciət etmişik, lakin təəssüf ki, bu günə qədər hər hansı tədbir görülməyib”.

Onun sözlərinə görə, təmsil etdiyi şirkət işə baxan hakimin mövqeyinin qərəzli olması qənaətindədir, buna görə də Məhkəmə Hüquq Şurasına da müraciət edib.

“İstəyimiz məcburi şəkildə “Aztelekom”a keçirilmiş istifadəçilərimizin geri qaytarılması və bizə dəymiş maddi ziyanın ödənilməsidir. Ölkə prezidentinin iqtisadiyyata investisiyaların cəlb edilməsi, qorunması, sahibkarlığa dövlət dəstəyi, rəqabətin təmin edilməsi, haqsız rəqabətin aradan qaldırılması ilə bağlı fərman və sərəncamlarına baxmayaraq, Abşeron TKQ-nın rəisi M.Babayevin 100% xarici investisiyalı bir şirkətə qarşı atdığı addımlar təəssüf doğurur. Bu məsələ ilə bağlı digər dövlət qurumları da məlumatlandırılıb”, – deyə S.Şabani qeyd edib.

Məsələ ilə bağlı “Aztelekom”da mövqeyini açıqlayıb. Şirkətdən “Report”a bildirilib ki, “Avirtel”lə bağlanmış müqavilənin müddəti bitib: “1 yanvar 2013-cü il tarixində “Aztelekom” (Abşeron TKQ) və “Avirtel” arasında sahənin və enerjinin istifadəyə verilməsinə dair müqavilə bağlanıb. Həmin müqavilənin qüvvədə olma müddəti 1 il müəyyən edilib, müddətin bitməsinə 15 gün qalmışa qədər tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmadıqda, müddətin növbəti 1 il üçün uzadılması nəzərdə tutulub.

2016-cı ildə isə göstərilən xidmətlərə görə tariflərdə dəyişiklik edildiyindən, yeni şərtlərə uyğun müqavilə bağlanmasına ehtiyac yaranıb. Bununla bağlı bütün provayderlər, o cümlədən “Avirtel” rəsmi şəkildə məlumatlandırılıb. Lakin bütün digər provayderlər həmin tariflərə uyğun müqavilə bağlasa da, “Avirtel” həmin müqaviləni imzalamaqdan imtina edib, eyni zamanda 2013-cü ildən müəyyən edilmiş tariflərlə hesablanmış müqavilə üzrə ödənişləri icra etməkdən qəsdən yayınıb.

Müqavilənin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi müddəasına əsasən növbəti müddətə uzadılmayacağına dair “Aztelekom” “Avirtel”ə 30 noyabr 2018-ci il və 6 dekabr 2018-ci il tarixli rəsmi bildirişlər göndərib.

Hazırda “Avirtel”in Abşeron TKQ-nin xidməti ərazilərindəki binalarda öz avadanlıqlarını yerləşdirməsinin və eyni zamanda elektrik enerjisindən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur. “Avirtel” bütün bunlardan xəbərsiz olan abunəçilərini məsələnin əsl mahiyyətindən yayındıraraq bu məsələdə “Aztelekom”u, o cümlədən onun regionlarda fəaliyyət göstərən struktur bölmələrini günahlandıraraq məsuliyyəti öz üzərindən atmağa, dövlət şirkətinə qarşı vətəndaşlarda hiddət hissini yaratmağa çalışır.

Eyni zamanda məlumat üçün bildiririk ki, “Aztelekom” tərəfindən iri miqyaslı layihələr həyata keçirilir. Layihələr çərçivəsində bir neçə regionun telekommunikasiya infrastrukturu yenidən qurulur, TDM stansiyaları NGN şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiber optik kabellər çəkilir.

Layihəyə start verilməsindən 12 ay əvvəl bölgələrdə fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqda rəsmi məlumatlandırılıb, onlara istifadə etdikləri avadanlıqların yeni qurulacaq şəbəkəyə uyğunlaşdırılmasına ehtiyac olduğu bildirilib. Buna baxmayaraq, əksər provayderlər, o cümlədən “Avirtel” tərəfindən dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görülməyib.

Nəticədə həmin provayderin abunəçiləri telekommunikasiya xidmətlərindən məhrum olub. Yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq digər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddət ərzində həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə imkanı təqdim edib.

Ötən müddət ərzində vətəndaşların bir qismi öz istəyi ilə “Aztelekom”la abunə müqaviləsi imzalayaraq xidmətlərimizdən yararlanmağa başlayıblar. Digər abonentlər isə alternativ provayderlərin xidmətlərindən istifadə etməkdədirlər”.

“Aztelekom” ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə layihələri həyata keçirir. Həyata keçirilən layihələrin məqsədi ölkənin telekommunikasiya xidmətlərinin verilməsi imkanlarının mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, mövcud əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən müasir avadanlıqlarla əvəzlənməsi, son nəsil simsiz rabitə texnologiyasının tətbiq edilməsi və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksək sürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdən ibarətdir”, – deyə dövlət şirkəti bəyan edib. (report.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO