Mədəni 08.11.2019 15:19

Azərbaycanın turizm brendi Londonda mükafat aldı

Azərbaycanın “Bir daha bax” ( Take another look ) şüarına əsaslanan turizm brendi Londonda turizm üzrə keçirilən “City Nation Place Global” (Şəhər Millət Məkan Qlobal) forumunda mükafata layiq görülüb.

Rakus.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin məlumatına görə, müxtəlif regionlardan olan 24 nominant ölkə arasında 5 kateqoriya üzrə keçirilən müsabiqədə Azərbaycanın ölkə turizm brendi “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası üzrə qalib olub.

Müsabiqənin nəticələri Böyük Britaniyanın “City Nation Place” adlı tədbirlər və marketinq üzrə ixtisaslaşmış nüfuzlu təşkilatı tərəfindən hər il “Dünya Səyahət Bazarı” sərgisi ərəfəsində keçirilən qlobal forumda elan olunub. Artıq beşinci ildir ki, forum dayanıqlı turizmi inkişaf etdirmək, turizmə investisiya qoyuluşlarını stimullaşdırmaq və daha çox insanı bu prosesə cəlb etmək məqsədi ilə dünya turizm sənayesinin iştirakçılarını bir araya toplayır.

Xatırladaq ki, müxtəlif ölkə və regionların brend, marketinq, kommunikasiya üzrə turizm məhsulları arasında keçirilən müsabiqədə “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası məkanın brend strategiyasının araşdırılması, kreativ yanaşma, hədəf auditoriya ilə iş və s. kimi xüsusiyyətlər nəzərə alınaraq verilir.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin beynəlxalq ictimaiyyətə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində baş tutub.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO